Nərgiz Paşayevanın qızı Sofi Lorenlə bir tədbirdə - Fotolar
Bizi izləyin

Tabloid.az

Nərgiz Paşayevanın qızı Sofi Lorenlə bir tədbirdə - Fotolar

Dekabrın 6-da Moskvada "Federasiya" xeyriyyə fondunun təşkilatçılığı ilə dünya məşhurlarının əşyalarından ibarət hərrac keçirilib.

Dekabrın 6-da Moskvada "Federasiya" xeyriyyə fondunun təşkilatçılığı ilə dünya məşhurlarının əşyalarından ibarət hərrac keçirilib.

Tabloid.az buro247-az-a istinadən xəbər verir ki, xeyriyyə gecəsində "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, "Nargis" Nəşriyyat Evinin direktoru Könül Nağıyeva, "Jan Atelier" moda evinin kreativ direktoru Sara Əliyeva, eləcə də Rusiya MUM-nun fashion direktoru Alla Verber kimi mühüm qonaqlar iştirak ediblər. Sayca 20-dən çox eksponatın satışa çıxarıldığı xeyriyyə tədbirində ən bahalı lotlar Sofi Loren, Ornella Muti və Şarl Aznavurun geyimləri olub. Lorenin geyimi üçün adı açıqlanmayan şəxs 1 milyon rubl ödəyib. Kevin Kostnerin gitarası, Larri Kinqin şəxsi imzası ilə kitabı, Endi MakDauellin iPhone-u, eləcə də Silvestr Stallonenin boks əlcəkləri və rəsm əsəri də yeni sahiblərini satıblar. Qala şam yeməyində qonaqlar qarşısında Şarl Aznavur, Anasteyşa, The Barry White Experience şousu ilə Erik Konli, eləcə də Sretenski monstrının kişi xoru çıxış edib.

Tədbirin sonunda hərraclardan əldə olunan 45 milyon rublun Moskva və regionun tibbi və sosial institutlarına veriləcəyi açıqlanıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm