Sperma sayını və keyfiyyətini artıran qidalar
Bizi izləyin

Tabloid.az

Sperma sayını və keyfiyyətini artıran qidalar

Müasir dövrdə hamilə qalmaq o qədər də asan deyil.

Müasir dövrdə hamilə qalmaq o qədər də asan deyil. Sperma sayı və keyfiyyəti də hamilə qalmağa təsir edən ən əhəmiyyətli faktorlardan biridir. Bəs sperma keyfiyyətini və sayını artıran qidalar hansılardır?

Avokado

Tərkibindəki E və B6 vitamini sayəsində spermaların yumurtaya nüfuz edərkən daha güclü olmasını təmin edir.

Banan

Bananın tərkibindəki nadir bir ferment seks hormonlarını nizamlayır. Həmçinin, B1, A və C vitamini ehtiva etdiyi üçün sperma sayını artırır.

Qırmızı ət

Bol miqdarda sink ehtiva edən qırmızı ət spermanın keyfiyyətini artırır.

Tünd şokolad

Tünd şokoladın sperma sayını 2 dəfə artırdığı bildirilir. Hər gün nizamlı olaraq az miqdarda tünd şokolad yeyən kişilərin daha güclü orqazm yaşadığı da ortaya çıxıb.

Sarımsaq

Sarımsaq qan dövranını sürətləndirir. Beləliklə, cinsi orqanlara gedən qan miqdarı artır və sperma keyfiyyətini artırır.

İstridyə

İstridyənin afrodizyak təsiri olduğu bilinməkdədir. Sink anbarı olan bu dəniz canlısı eyni zamanda sperma sayını da artırır.

Nar

Nar demək olar ki, bütün dərdlərin dərmanıdır. Narın tərkibindəki maddələr spermanın keyfiyyətini gücləndirir.

Qoz

Qozun tərkibindəki arqanin maddəsi sperma istehsalını dəstəkləyir və onun miqdarının artmasına səbəb olur. Ayrıca omeqa-3 anbarı olan bu qida cinsi orqana qanın daha çox getməsini təmin edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm