Dəbli xanımların qlamur iş masaları – Fotolar
Bizi izləyin

Tabloid.az

Dəbli xanımların qlamur iş masaları – Fotolar

Dəbi sevən xanımların qlamur iş masaları

Tərzinizi sadəcə paltarlarınızda deyil, işçi stolunuzda da əks etdirin!

Dəbi sevən qadını ilk baxışdan tanıya bilərsinizmi? Əlbəttə ki, mümkündür. Geyim-kecimindən, modanın ən son trednlərindən istifadə etməsindən, son dəblə geyinməsindən həmin xanımın moda deyilən sehrli dünyanın pəncəsinə düşdüyünü çox asan şəkildə anlamaq mümkündür. Eyni şəkildə dəbi sevən və dəblə məşğul olan qadınların iş masası da özünü kilometrlərlə uzaqdan bəlli edir.

modayi seven kadinlarin calisma masalari nasil olur 08

Dəb insanın özünə yaraşanı geyinməsidir. Lakin dəb ehtirasına aludə olan xanımlar modanı iş masalarına dadaşıyır. Tabloid.az dəbi həyat tərzi kimi qəbul edən qadınların çalışma masalarını toplayıb.

Dəb tikiş-naxış deməkdir! Artıq getdikcə kiçilən tikiş maşınlarını ofis stolunuzun bir küncünə aksessuar kimi qoya bilərsiniz. Rəngarəng ipləri dekorativ şəkildə istifadə etməyi də unutmayın.

İşinizi asanlaşdıracaq rəfləri və qutuları iş süfrənizdə istifadə etmək iş vaxtlarınızı daha zövqlü keçirməyə kömək edəcək.

modayi seven kadinlarin calisma masalari nasil olur 11

Bəzən müxtəlif dekorlar yaratmaq üçün stil təkliflərindən istifadə edə və ya model şəkillərini masanın üstünə qoya bilərsiniz.

Yaxud siz də stillə bağlı məsələlərə maraqlanırsınızsa, iş stolunuzun tam qarşısını jurnallardan, qəzetlərdən yığdığınız hazır kombinasiya fotolar və stil təklifləri ilə təchiz edə bilərsiniz. Bu vəziyyət təkcə iş masasında deyil, səhərlər "Nə geyinsəm?” sualı üzərində başınızı sındıran zaman da köməyinizə gələ bilər.

Ağ və şüşə ilə örtülü iş masaları modadakı yaradıcılığınızı da hər zaman ön plana çıxaracaq. Amma bəzən dəb sevgisini ifadə etmək üçün yalnız bir marka adı, ya da bir çərçivəyə salınmış marka adı son dərəcə kreativ ideya olacaq.

modayi seven kadinlarin calisma masalari nasil olur 09

Bəzən də daxilinizdəki yaradıcılığı büruzə verməyin yeganə yolu qara və ağ rəngləridən istifadə etmək və sadə bir tərz yaratmaqdır. Bu sadə üslub üçün ən əlverişli şərait əlbəttə ki, işçi masanızdır. İş masasını bu rənglərlə boyaya bilərsiniz.

modayi seven kadinlarin calisma masalari nasil olur 07

Bohem tərzini sevənlərdənsinizsə, ehtiyacınız olan tək şey taxta çalışma masası, etnik naxışlı parçalardır. Bunları bir araya gətirən zaman əsil bohem havası yaranır. Köhnə taxta masanı kiçik toxunuşlarla iş masası halına gətirə bilərsiniz. Parçaları eynilə bir fotoşəkil kimi çərçivəyə sala bilərsiniz.

modayi seven kadinlarin calisma masalari nasil olur 06

Bəzən iş masasında daha rahat hərəkət etməyin yeganə yolu masanı stulla birlikdə istifadə etməkdir. Kətil, siyirtmələr, qutular və içi doldurulmuş qablar sayəsində modanı əllərinizlə yaradarkən özünüzü daha sərbəst hiss edirsiniz. Əlbəttə bu azadlıqda iş masasının ağ olmasının da böyük bir payı var. Çünki ağ rəng məkanı geniş göstərir. Dolayısı ilə özünüzü narahat hiss etməyə imkan vermir. Ağ rəng hər zaman üçün iş masalarında istifadə ediləcək ən yaxşı rəngdir. Amma bu sıxıcı rəngi canlı rənglərlə birləşdirərək daha maraqlı dekorlar yarada bilərsiniz.

modayi seven kadinlarin calisma masalari nasil olur 05

Dəbdə mühüm olan detalardan biri də vizuallıqdır. Bunun üçün parçadan düzəldilmiş lövhələrdən də istifadə edə bilərsiniz. Lövhəni evdə seçdiyiniz parça, süngər kimi materiallardan istifadə edərək özünüz də hazırlaya bilərsiniz.

modayi seven kadinlarin calisma masalari nasil olur 04

Dəb sevərlərin adətən ən çox sevdikləri, digərlərindən seçilən xüsusi bir markası olur. Bu markanın torbasından, kataloq çəkilişindən ilham alaraq divardan asa da bilərsiniz. İşçi stolunuzda bu detallarla yer vermək, sizi iş prosesinə həvəsləndirib yaradıcılığınızı artıracaq.

modayi seven kadinlarin calisma masalari nasil olur 03

Bəs iş masalarında sadə stullar sizcə də çox sıxıcı deyilmi? Qəşəng bir kreslo istifadə edərək həm daha fərqli bir hava yarada, həm də çalışarkən daha rahatlığınızı təmin edə bilərsiniz.

Nəhayət, hər bir modapərəst qızın iş masasında mütləq bir neçə moda jurnalı olmalıdır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm