Niyam: “Boş vədlər vermirəm”
Bizi izləyin

Tabloid.az

Niyam: “Boş vədlər vermirəm”

Müğənni Niyam Səlami Moskvaya yola düşüb. Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, səfər yaradıcılıq xarakterlidir:

Müğənni Niyam Səlami Moskvaya yola düşüb. Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, səfər yaradıcılıq xarakterlidir:

“Hazırda sürpriz bir layihə üzərində çalışıram. Bir neçə saat olar ki, Moskvadayam. Burada bir neçə layihəmi həyata keçirmək istəyirəm. Bütün diqqətimi də həmin layihələrə yönəltmişəm. Tamaşaçılar həmin layihədə məni başqa bir ampluada görəcəklər. Onu da deyim ki, 2015-ci il yaradıcılığımda dönüş nöqtəsi olacaq. Fərqli işlərim olacaq. Bəzi müğənnilər kimi yalandan “Ay asacam”, “Kəsəcəm” , “Dağıdacam” - kimi boş vədlər vermirəm. Kiminsə də bostanına daş atmaq fikrim yoxdur. Sadəcə sənətimi sevənlərə demək istəyirəm ki, yaxınlarda məndən yeni layihə gözləsinlər. Mənə qarşı çaşanları isə, yerində oturdurmağı bacaran insanam. Amma onu da deyim ki, bu günə qədər mənə qarşı çaşan olmayıb. Çünki mənim bu günə qədər heç kimlə işim olmayıb. Hər zaman öz işlərimlə məşğulam”.

Qeyd edək ki, N.Səlamidən savayı Moskvaya aktyor-aparıcı Sərxan Kərəmoğlu, müğənnilərdən Səidə Sultan, Sevinc Ağaşirinova və mərhum sənəti Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı da gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm