Zamiq, yoxsa Mark Entoni? - Videolar
Bizi izləyin

Tabloid.az

Zamiq, yoxsa Mark Entoni? - Videolar

Son zaman demək olar ki, kliplərə təqdimat keçirilmir. 1990-cı illərdə şou biznesin ayrılmaz tərkib hissəsi olan klip təqdimatlarını “YouTube” əvəzləməyi bacarıb.

Son zaman demək olar ki, kliplərə təqdimat keçirilmir. 1990-cı illərdə şou biznesin ayrılmaz tərkib hissəsi olan klip təqdimatlarını “YouTube” əvəzləməyi bacarıb.

Müğənni Zamiq Hüseynov da artıq bu ənənə ilə gedir. Müğənni “Səninlə yaşayıram” adlı mahnısına çəkdiyi klipin təqdimatını “YouTube”da keçirib. Klipin rejissoru Fərhad Əlidir.

Mahnının sözlərini Nurlana Cəfərova, musiqisini isə Robin Thicke və Dan Şi bəstələyib.

Mahnının ilk ifaçısı isə amerikalı müğənni, Cenifer Lopezin keçmiş həyat yoldaşı Mark Entoni olub. Mark mahnını ilk dəfə 15 il bundan öncə ifa edib. 3 il əvvəl isə mahnıya klip çəkdirib.

Tabloid.az hər iki müğənni tərəfindən ifa olunan eyni mahnını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm