Natavanın hədiyyə klipi tezliklə ekranlara çıxacaq
Bizi izləyin

Tabloid.az

Natavanın hədiyyə klipi tezliklə ekranlara çıxacaq

Hədiyyə klipi O.Rəsulovanın qardaşı Ata Rəsulov çəkib.

Müğənnilər Azad Şabanovun, İlhamə Qasımovanın, Natəvan Həbibinin, Elnur Məmmədovun və repçi ABD Malikin (Malik Kələntərli) ifa etdiyi və rəqqasə Oksanaya sürpriz edilən “Bu gözəlin rəqsinə bax” mahnısına klip çəkilişi başa çatıb. Natəvan Həbibinin prodüseri A.Aysu Tabloid.az-a bildirib ki, ötən həftədən çəkilişinə başlanan klip hazırda montaj olunur. Mahnını 4 nəfər oxusa da, klip çəkilişləri zamanı repçi Malik Kələntərli Bakıda olmadığı üçün çəkilişlərdə iştirak etməyib.

Qeyd edək ki, bu klip dostlarının rəqqasəyə hədiyyəsidir. Hədiyyə klipi O.Rəsulovanın qardaşı Ata Rəsulov çəkib.

“Bu gözəlin rəqsinə bax” adlı bəstənin müəllifi Gülnar Hüseynovadır. Bəstənin aranjemanı Nadir Nəğd Pula məxsusdur. Ekran işi təkcə Azərbaycanda deyil, Hindistanda da nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm