Günay: “Qucaqlaşdıq, barışdıq” - Foto
Bizi izləyin

Tabloid.az

Günay: “Qucaqlaşdıq, barışdıq” - Foto

Müğənni Günay İbrahimli və keçmiş duet həmkarı Ceyhun Əliyevlə barışıb...

Müğənni Günay İbrahimli və keçmiş duet həmkarı Ceyhun Əliyevlə barışıb...

Xəbərin nə qədər dəqiq olmasını araşdırmaq üçün xanım müğənninin özü ilə əlaqə saxladıq. Tabloid.az-a eksklüziv açıqlama verən İbrahimli xəbəri təsdiqlədi:

“Vasif Məhərrəmlinin ailə məclisində qonaq idim. Heç bilmirdim ki, öncədən belə bir şey planlaşdırılıb. Məclisə daxil olanda da Ceyhunla salamlaşmamışdıq. Həm də ayrı-ayrı yerlərdə əyləşmişdik. Mən ifamı bitirdikdən sonra Vasif Məhərrəmli Ceyhunu mikrofonla səhnəyə dəvət etdi. Ədalət Şükürov və Vasif Məhərrəmli bizi barışdırdı. Ceyhun da məni qucaqladı, barışdıq”.

Xatırladaq ki, 2 müğənni arasında küsülülüyə səbəb birlikdə ifa etdikləri “Bəlalım” adlı mahnı olmuşdu. Duet ifa olunan mahnıya sonradan Əliyevin sözlərinə görə, İbrahimlinin klip xərclərindən boyun qaçırması cütlüyün küsüşməsi ilə nəticələnib.

Tabloid.az cütlüyün barışandan sonra çəkdirdiyi fotonu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm