Hamilə qadınlara niyə bitki çayı içmək olmaz?
Bizi izləyin

Tabloid.az

Hamilə qadınlara niyə bitki çayı içmək olmaz?

Türkiyəli tanınmış həkim, professor Gülay Koçoğlu bitki çaylarının zərərlərindən danışıb

Türkiyənin tanınmış həkimlərdən olan professor Gülay Koçoğlu bitki çaylarının zərərlərindən danışıb.
Tabloid.az son illərdə insanların çox istifadə etdiyi bitki çayları haqqında bilməli olduğunuz həmin məlumatları təqdim edir:

Gülya Koçoğlu bitki çaylarının faydalı olduğunu ancaq bəzi xəstəliklərdən əziyyət çəkənlərin belə çaylardan istifadə edərkən diqqətli olmalarını məsləhət görüb.

“Məsələn, adaçayı qış aylarında çox istifadə olunur. Təzyiqdən əziyyət çəkən xəstələr üçün bu çayı içmək risklidir. Yaşıl çay da son illərdə populyarlaşıb. Ancaq bu çayı çox içdikdə ürək döyüntüsü sürətlənə bilər və təzyiq aşağı düşə bilər. Qaraciyər və böyrək xəstələrinin bu çaylardan içmələri təhlükəlidir”.

Həkim həmilələrin də bitki çaylarından istifadə edərkən diqqətli olmalarını məsləhət görür.

"Hamilə qadınların bitki çayları içməsi ana və uşaq sağlamlığı baxımından risklidir. Qadının doğuş ağrıları arta bilər. Hətta uşaq salma və erkən doğuş hallarına da səbəb ola bilər”.

Həkimin sözlərinə görə, bitki çaylarını gündə 3 fincandan artıq içmək olmaz:

"Bəzi insanlar xroniki xəstəliklərdən əziyyət çəkirlər. Bu çayların bir qismi dərmanlarla birlikdə qəbul edildikdə sağlamlığa zərərli ola bilər. Çayın tərkibindəki kofein insanın daha çox sidik ifarz etməsinə səbəb olur, bu isə bədənə laızm olan suların da atılması ilə nəticələnir. Xüsusilə də ürək xəstələri üçün bitki çayları təhlükəli ola bilər”.

Gülay Koçoğlu bitki çaylarının hazırlanmasının da sağlamlıq baxımından önəmli olduğunu qeyd edib:

"Bəzən bu çayları uzun müddət dəmləyirlər. Halbuki bitki çayları qaynamış və bir neçə dəqiqə soyumağa qoyulmuş su ilə dəmlənməli, dəmlənmə prosesi 3-5 dəqiqə çəkməlidir. Daha sonra dərhal süzüb içmək lazımdır. Hər dəfə təzədən dəmləyib içmək lazımdır”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm