Modern xanımların rəngli palto dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Modern xanımların rəngli palto dəbi - Fotolar

Modern xanımların rəngli palto dəbi

Qəhvəyi və qara paltolar bütün fəsillərin əvəzolunmaz klassik üst geyimləridir. Lakin tutqun qış günlərində hər kəsi qara rənglərdə görmək heç də ürəkaçan mənzərə yaratmır. Məncə qara və qəhvəyi paltoları qarderobun bir kənarına yerləşdirin.

Sarı, mavi, çəhrayı, bənövşəyi rəngli paltolarla isinin. Bu rənglər enerji verdiyi üçün əhvala birbaşa təsir edir.

Tabloid.az şən geyinməyi sevən xanımlar üçün ən yaxşı və qeyri-adi rəngli palto modellərini toplayıb.

Rəngli üst geyim parçalarını seçərək bu dəfə moda anlayışında enerjili tərəflərinizi göstərə bilərsiniz. Qışda soyuqdan qorunmaq üçün qat-qat geyinəndə rahatlıq səviyyəsini də qorumağa çalışın. Həmçinin paltolar da çox rəngli olduğu üçün onların digər geyimlərlə ahəng təşkil etməsinə nəzər salın.

Soyuq qış aylarında rəngli paltolar təkcə şən xarakterinizi deyil, həm də modern tərzinizi nümayiş etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm