Məşhurlar prezidenti təbrik etdilər
Bizi izləyin

Tabloid.az

Məşhurlar prezidenti təbrik etdilər

Tabloid.az məşhurlarımızın ölkə başçısına yazdığı təbriklərdən seçmələri təqdim edir.

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsidir. Bu gün isə demək olar ki, bütün müğənnilər doğum gününü qeyd edən ölkə başçısını təbrik ediblər.

Tabloid.az məşhurlarımızın sosial şəbəkədə ölkə başçısına yazdığı təbriklərdən seçmələri təqdim edir.

Xalq artisti Brilliant Dadaşova: “Əziz və sevimli prezidentimiz, Allah Sizi başımızın üstündə hər zaman var etsin. Ad gününüz mübarək!”

Müğənni Xəyyam Nisanov: “Ad gününüz mübarək olsun, hörmətli prezidentimiz. Allah Sizi və ailənizi qorusun”.

Əməkdar artist Elza Seyidcahan: “Bu gün prezidentimiz İlham Əliyevin də doğum günüdür. Çox gözəl günlərdən biridir”.

Müğənni Rəşad İlyasov: Ali baş komandan, dəyərli prezidentimiz , ad gününüz mübarək!”

Müğənni Səbinə Babayeva: “Ad gününüz mübarək, əziz prezident!”

Xalq artisti Məleykə Əsədova: “Dünya şöhrətli prezidentimiz, doğum gününüz mübarək! Var ol, Heydər işığı. Var ol, sevimli rəhbər! Heydərin davamçısı bu gün mən varam deyir. Xalqımız İlham deyir!”

Xalq artisti Faiq Ağayev: “Ad gününüz mübarək, cənab prezident!”

Olimpiya çempionu Elnur Məmmədli: “Möhtərəm prezidentimizi ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram!”

Xalq artisti Firəngiz Mütəllimova: “Hörmətli, cənab prezident, ad gününüz mübarək. 100 yaşayın!”

Müğənni Ayan Babakişiyeva: “Ad gününüz mübarək, cənab prezident”

Qeyd edək ki, bu gün ali baş komandanın 53 yaşı tamam olur. Biz də tabloid.az kollektivi olaraq ölkə başçısını doğum günü münasibətilə təbrik edirik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm