Cey Lo bu dəfə aldığı qonorarla gündəmdədir
Bizi izləyin

Tabloid.az

Cey Lo bu dəfə aldığı qonorarla gündəmdədir

Dünya şöhrətli müğənni Cennifer Lopez bu dəfə açıq-saçıqlığı ilə deyil, aldığı qonorarla gündəmə gəlib.

Dünya şöhrətli müğənni Cennifer Lopez bu dəfə açıq-saçıqlığı ilə deyil, aldığı qonorarla gündəmə gəlib. Belə ki, Çinin Makao bölgəsinə gedən Cey Lo 40 dəqiqəlik özəl konsertə görə 1 milyon dollar alıb.

"Grand Hyatt Macau" kazinosunun sahibinin ailəsinin sevdiyi mahnıları səsləndirən müğənninin səyahət və istirahət xidmətləri də ailə tərəfindən ödənilib.

Pop ulduz üçün ən lüks oteldə 20 nömrə bron edilib. Cey Lo otelin VİP otağında üç gecə qalıb.

Qeyd edək ki, Cennifer Lopez özəl konsert təkliflərinə demək olar ki, həmişə müsbət cavab verir. Cazibədar ulduz daha öncə Türkmənistan prezidenti üçün də özəl konsert verib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm