Leonardo Di Kapriodan növbəti xeyriyyəçi addım
Bizi izləyin

Tabloid.az

Leonardo Di Kapriodan növbəti xeyriyyəçi addım

Məşhur aktyor Leonardo Di Kaprio təbiəti sevdiyini növbəti dəfə nümayiş etdirib.



Hollivud ulduzu okeanların qorunmasına xidmət edən "Oceana" təşkilatının hesabına 3 milyon dollar köçürüb.



Bu məbləğin əsas hissəsi okeanlarda kütləvi balıq ovu üçün gəmilər tərəfindən işlədilən böyük ölçülü torların azaldılmasına yönəldiləcək. L. Di Kaprio məsələ ilə bağlı fikirlərini bölüşüb:



"Okeanların mühafizəsi planetimizin qlobal məsələlərindən biridir. Ümid edirəm ki, mənim yardımım "Oceana"nın daim gördüyü işə töhfəsini verəcək".



Qeyd edək ki, Leonardo Di Kaprio bir müddət əvvəl Nepalda nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan benqal pələnglərinin qorunması üçün 3 milyon dollar ayırmışdı./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm