Özünə sevgili tapa bilməyənlər üçün yeni alternativ
Bizi izləyin

Tabloid.az

Özünə sevgili tapa bilməyənlər üçün yeni alternativ

Seks robotlarının ən gec 10 il içərisində həyatımıza daxil olacağı təxmin edilir

Mütəxəssislər çox da uzaq olmayan bir gələcəkdə robotlarla seks dövrünün başlayacağını bildirirlər. Seks robotlarının ən gec 10 il içərisində həyatımıza daxil olacağı təxmin edilir.

Əslində daha öncə belə bir robot satışa çıxarılıb. İlk seks robotu “Roxxxy” 2010-cu ildə nümayiş olunmuşdu. Robotu istehsal edən şirkət 4 min ədəd satıldığını bildirsə də, heç kim bu məhsulun keyfiyyətli olduğunu qəbul etmədi. Çünki robot hərəkət edə bilmirdi, həmçinin bir-iki cümlə xaricində danışması da mümkünsüz idi.

Ancaq insandan ayırd edilə bilməyəcək qədər təbii mimikalara və danışıq, hərəkət qabiliyyətinə malik olan robotlar 2025-ci ildə satışa çıxarılacaq. Mütəxəssislər robotlarla seks dövrü başlayanda cinsi yolla keçən xəstəliklərdə azalma müşahidə olunacağını bildirirlər. Eyni zamanda insan ticarətində də xeyli azalma olacaq. Alimlər gələcəkdə xəyanət üzündən dağılan nigahların tarixin tozlu səhifələrində qalacaqlarını deyirlər. Çünki artıq normal qadın əvəzinə robotlarla əylənən kişilər tam olaraq xəyanət etmiş sayılmayacaqlar. Eyni şey qadınlar üçün də keçərli olacaq.

Ancaq 2050-ci ildə insan-robot evliliklərinin qanuni hal alacağını iddia edənlər də az deyil.

Bu iddialar sizə inandırıcı gəlməyə bilər və heç vaxt robotların insanın yerini ala bilməyəcəyini düşünə bilərsiniz.

Lakin bu il İngiltərədə 2 min insanın iştirak etdiyi sorğu zamanı hər 5 nəfərdən 1-i robotlarla seksə normal baxdığını bildirib. Bu da onu göstərir ki, bu ssenarilər gələcəkdə reallığa çevrilə bilər.

Onu da qeyd edək ki, hazırda dünyada milyonlarla satılan rezin qadın - “RealDoll” məhsullarının bir ədədi 6 min dollardır. Bu da onu göstərir ki, robot qadın və kişilərin qiyməti çox baha olacaq. Bu iddialar reallaşsa belə robotla əlaqə ancaq zənginlərə nəsib olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm