Bu sabunlardan istifadə etməyin!
Bizi izləyin

Tabloid.az

Bu sabunlardan istifadə etməyin!

Bu sabunları istifadə etməyin!

Əsrlərdir səhiyyə və gigiyena üçün istifadə edilən qəlib sabun əsl bakteriya yuvası olduğunu bilirdinizmi?

Amerikada aparılan bir araşdırma nəticəsində əllərin təmiz və mikrobsuz olması üçün istifadə edilən qəlib sabunun (açıq sabun) sözün əsl mənasında bakteriya yuvası olduğu məlum olub.

Amerikada müxtəlif marka və xüsusiyyətlərə malik qəlib sabun üzərində aparılan bir araşdırmanın nəticələrinə görə, qəlib sabun üzərində güman ediləndən daha çox bakteriya olur. Gigiyena üçün istifadə edilən qəlib sabunlar istifadədən sonra nəmli və mikroblu qalaraq, bakteriya istehsal edir. Zaman keçdikcə bu bakteriyalar sabun üzərində yuva quraraq, dərinlərə nüfuz edir. Siz əllərinizi yuyarkən təmizləndiyini zənn edərkən, əslində daha çox çirkləndirirsiniz.

Çoxluq olan yerlərdə istifadə edilənlər daha təhlükəlidir!

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər ofisdə və bu kimi çoxluq olan yerdə istifadə edilən qəlib sabunların normal sabunlarla müqayisədə daha çirkli olduğunu deyirlər. Mümkün qədər qəlib sabun istifadə edilməməsini təklif edən alimlər istifadə etmək məcburiyyətində qaldıqda 20- 30 saniyə su altında tutulması lazım olduğunu söyləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm