Aygün “Səni belə sevmədilər” dedi - Audio
Bizi izləyin

Tabloid.az

Aygün “Səni belə sevmədilər” dedi - Audio

Müğənni sosial şəbəkədə “Səni belə sevmədilər” adlı mahnı ifa edəcəyi xəbərini paylaşması ilə izləyicilərini təşvişə salmağı bacarıb.

Müğənnilər 2015-ci ilə yeni mahnılarla gəlsə də, xalq artisti Aygün Kazımova yeni ilə kompleks yeniliklərlə qədəm qoymaq istəyir. Müğənni ilk olaraq xarici görünüşündə dəyişiklik edərək saçlarının rəngini, düzümünü və modelini dəyişib. Bu görünüşü ilə də heyranlarının ürəyini oxşamağı bacarıb.

Ardınca isə Aygün xanım sevənlərini yeni mahnı ifa edəcəyi xəbəri ilə də maraqlandırmağı bacarıb. Müğənni sosial şəbəkədə “Səni belə sevmədilər” adlı mahnı ifa edəcəyi xəbərini paylaşması ilə izləyicilərini təşvişə salmağı bacarıb.

Çox keçmədən bəlli olub ki, mahnının sözləri xalq artistinin bir sıra hitlərinin müəllifi olan bəstəkar Hakan Erol və şairə Leyli cütlüyüdür.

Sosial şəbəkədə sevənlərinin xahişini qırmayan xalq artisti ifa edəcəyi mahnıdan bir parçanı da onlarla bölüşüb.

Tabloid.az Aygün Kazımovanın “Səni belə sevmədilər” mahnısından bir parçanı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm