Cavan və gözəl qalmağın daha bir üsulu
Bizi izləyin

Tabloid.az

Cavan və gözəl qalmağın daha bir üsulu

Cavan və gözəl qalmağın daha bir üsulu

Alman alimlərinin apardıqları tədqiqatların nəticəsinə görə, sağlam həyat tərzi sürmək, alkoqoldan və siqaretdən imtina etməkdən başqa dəniz kənarında yaşamaq, torpaqda işləmək də cavan qalmağa kömək edir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, torpaqla təmasda olmaq, dəniz kənarında yaşamaq stressi azaltdığı üçün gənc qalmaqda əsas rol oynayır.

Çox zaman insanlar işə və istirahətə düzgün vaxt ayırmırlar. İş və istirahət vaxtı dəqiq şəkildə müəyyən edilməlidir. Vacib amillərdən biri də normal yuxunun olmasıdır. Gecə saat 10-dan gec olmayaraq, yatmaq və həyat tərzinə xüsusi diqqət vermək lazımdır.

Bəzən insanlar düşünürlər ki, uzun müddət istirahət etmək faydalıdır. Lakin belə deyil. Bəzi hallarda uzunmüddətli passiv istirahət orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur.

Alimlər tövsiyə edirlər ki, yaşlandıqca qida rasionunda dəyişikliklər etmək lazımdır. Daha çox bitki yağlarından, südlü qidalardan istifadə etmək, ət və digər yağları qida rasiondan çıxarmaq lazımdır. Mütəxəssislər bitki çaylarından - nanə, çobanyastığı və yaşıl çaydan istifadə etməyi məsləhət görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm