Tabloid.az
Nazəninin ərinin başqa həyat yoldaşı var imiş
Ötən gün ifaçı Nazənin Salayevanın Məhəbbət Həsənovla nikah şəhadətnaməsini yayımladıqdan sonra redaksiyamıza gələn zənglər susmadı. Tabloid.az xəbər verir ki, ATVxəbər.az saytı ilə əlaqə yaradan Gülnarə Məmmədova adlı qadın cütlük barədə çox ilginc məlumat verib. Gülnarə xanımın dediklərini sizə olduğu kimi, şərhsiz təqdim edirik:
- Əvvəl özünüzü təqdim edin, Məhəbbət bəylə necə əlaqəlisiniz?
- Məhəbbətin yerlisi, qohumu.
-Nikah şəhadətnaməsini gördükdən sonra bizimlə əlaqə yaratmısınız. Nə demək istəyirsiniz?
- Əslində nikah şəhadətnaməsində tarix qeyd olunub: 2012-ci il avqustun 3-ü. Nazənin də sentyabr ayının 14-ü ana olub. Yəni, bir ay sonra... Heç bir ay da olmur. Bu nə deməkdir? Ana olmağa bir ay qalmış nikaha daxil olublar ki, uşağa doğum şəhadətnaməsi çıxara bilsinlər.
-Məhəbbət bəyin Nazənin xanımdan başqa ailəsi olduğununu açıqladınız.
- Bəli, bəli...İndi bu dəqiqə gedib, Məhəbbət bəyin ailəsini də, övladlarını da, evini də sizə göstərə bilərəm. Məhəbbət kəndçimdir, yerlimdir hər şeyi bilirəm.
- Bəs Məhəbbət bəyin xanımı varsa. nə əcəb o Nazənin xanımın rəsmi qaydada Məhəbbət bəyin həyat yoldaşı olduğunu bilmir?
- Əvvəl bilmirdi. Məncə, indi bilir. Ancaq o arvadının yanında yaşadığı üçün qadın başa düşmür ki, nə baş verir? Başa düşsə də sakit durub, gözləyir. Məhəbbət axı onu atmır. Nazəninlə nikahdan keçsə də, o arvadının yanında yaşayır.
-Başa düşmədim, iddia edirsiniz ki, Məhəbbət bəy hal-hazırda Nazənin xanımla yox, digər həyat yoldaşı ilə yaşayır?
- Əlbəttə. O adam öz evində qalır, öz evində yaşayır. Nəvəsi də var, övladları da var. Üç övladı olub, biri rəhmətə gedib. Bir oğlu, bir qızı var: Ayxan, Günel. Günelin də 3 yaşında qızı var.
- Bu məlumatları bizə ötürməkdə sizin məqsədiniz nədir ?
- Məqsədim odur ki, bunu Məhəbbətin yoldaşı çıxıb, edə bilmir. Cahil və savadsız qadındır. Mən də onun yerlisi, qohumu olaraq olanlara baxıram və əsəbdən ölürəm ki, bu dərəcədə də haqsızlıq olarmı? Nazənin çıxıb, deyir "yoldaşım", "yoldaşım ..."İnsan nə dərəcədə üzlü adam olmalıdır ki, utanmadan yoldaşım sözü dilindən düşməsin. Axı Nazənin Məhəbbətin birinci ailəsinin evinə dost kimi daxil olub. Nazənin Məhəbbətin birinci yoldaşı ilə rəfiqə olub. Bütün günü bir yerdə, kabab yeməkdə, bağda, qonaqlıqlarda bir yerdə olublar. Nazənin Məhəbbətin qızının toyunda iştirak edib. Nazənin Məhəbbətin qızının toyunu da, xınayaxdısını da aparıb. Mən özüm də o toyda iştirak etmişəm. Məhəbbətin yoldaşı ilə Nazənin can bir qəlbdə idilər. Sonra Nazənin gördü ki, bu sakitdi, deməli bunun ərini əlindən almaq olar və istəyinə də çatdı. Pul da var, ona görə övlad dünyaya gətirdi. Belə əri kim istəməz? Göydə axtarırdı, yerdə əlinə düşdü.
- Son olaraq nə demək istəyərdiniz?
- Demək istəyərdim ki, bu dünyada heç nə əvəzsiz qalmır. Addım atanda düşünüb, atmalısan və onu da bilməlisən ki, nə etsən qabağına çıxacaq. Mən qorxmadan, çəkinmədən olanları dedim. Əgər onlar dediklərimdən narahat olsalar, yazını sildirsələr, lap efirə də çıxaram və olanları digər əlimdə olan sübutlarla sübut edərəm...
Bu iddialar qarşısında Nazənin xanım susmayıb. Deyilən məlumatları şər-böhtan adlandıran ifaçı ATVxəbər.az- a açıqlama verib: "Mən heç vaxt yoldaşımın bundan qabaqkı ailəsinin olması barədə nə yalan məlumat yaymamışam, nə də bunu gizlətməmişəm. Kim sual veribsə, açıq-aşkar demişəm ki, həyat yoldaşımın bundan qabaq yoldaşı olub. Ona görə də bu şeyi bu qədər şişirtmək kimlərəsə maraqlıdırsa özləri bilər. Çox gecikmiş məlumatdır. Mənim gül kimi ailəm var. Bostanıma daş atmaq istəyirlərsə, mənim heç kimdə işim yoxdu. Mən mətbuatdan səbrli olmağı xahiş edirəm. Məhkəmədən sonra mətbuat konfransı keçirib, hər şeyi yerli-yataqlı danışacağıq".
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc