Kara Delevinin qalın qaşlarının sirri açıldı – Fotolar
Bizi izləyin

Tabloid.az

Kara Delevinin qalın qaşlarının sirri açıldı – Fotolar

Dünyanın ən məşhur mopellərindən olan Kara Delevinə ağır itki üz verib

Dünyanın ən məşhur mopellərindən olan Kara Delevinə ağır itki üz verib. Modelin 102 yaşlı nənəsi Ancela vəfat edib. Kara bu hadisədən çox kədərlənib və “İnstagram”da nənəsinin fotoşəkillərini paylaşıb. Beləliklə də, cazibədar modelin bu qədər populyarlaşmasında böyük rolu olan qalın qaşlarının sirri açılıb. Gözəl modelin qaşlarının mükəmməlliyinin genetik olduğu ortaya çıxıb. Kara nənəsinin şəkillərinə “Dünyanın ən gözəl qaşları səndə idi” şərhini yazıb.

22 yaşlı model “O, mənim dünyada tanıdığım ən zərif, kübar, ağıllı və zarafatcıl qadın idi. Rahat yat. Mükəmməl bir ana, nənə və dost idin. Hər zaman ürəyimdə olacaqsan. Sənin üçün darıxacağıq. Səni sözlərlə ifadə edə bilməyəcəyim qədər çox sevirəm” şərhini yazaraq kədərini təqibçiləri ilə paylaşıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm