Azərbaycanlı müğənni xalq artistinə müraciət etdi
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni xalq artistinə müraciət etdi

Kamil Cəfərov xalq artisti İslam Rzayevin repertuarına müraciət edib.

“Xalq ulduzu” yarışmasının iştirakçılarından olan müğənni Kamil Cəfərov xalq artisti İslam Rzayevin repertuarına müraciət edib. Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Bəhram Nəsibova məxsus “Mənalı günlər” adlı bəstəni lentə aldırıb:

“Ölməz sənətkar İslam Rzayevin ifa etdiyi mahnıları çox bəyənirəm. Kiçik yaşlarımdan onun ifa etdiyi "Mənalı günlər” mahnısına daha çox dinləyirdim. Bəzən bu mahnını məclislərdə zümzümə etsəm də, nədənsə lentə aldırmaq barədə düşünmürdüm. Amma daha sonra dostlarım məsləhət gördülər ki, bu mahnını öz repertuarıma daxil edim. Bu bəstəyə ümidlərim böyükdür. Güman edirəm ki, mahnı mənim ifamda da bəyəniləcək”.

Tabloid.az həmin mahnını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm