Qış aylarında ağ rəngdə geyinməyin qaydaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Qış aylarında ağ rəngdə geyinməyin qaydaları - Fotolar

Ağ paltolar qış üçün çox idealdır

Moda qaydaları bir-bir öz təsirini itirir. Qış aylarında sadəcə tünd rənglərə üstünlük verməli oldğumuzla bağlı stereotiplər çoxdan qırılıb. Bu tip qaydalar tarixin tozlu səhifələrinə düşməyə məhkumdur. Çünki şıqlıq və zəriflik tabulara boyun əyməməlidir. Elə isə siz də bu il tabuları yıxın və qış aylarında ağ rəngə bürünün. Mövsümün simvolu olan qar rənginə bürünmək sizə zəriflik və saf ifadə qazandıracaq.

Ancaq qış fəslində ağ rəngdə geyinməyin bəzi qaydaları mövcuddur. Çünki bu rəngi kombin etmək asan görünsə də, əslində çox incəlik tələb edən işdir.

Tabloid.az qış aylarında ağ rəngli kombinlər hazırlamağın üsullarını araşdırıb:

1.Ağ paltolar

Ağ paltolar qış üçün çox idealdır. Bu fəsildə üst geyimimiz daha çox ön planda olduğundan, manto, kurtka, palto kimi geyimlərdə ağ rəngə üstünlük verə bilərsiniz. Ancaq ağ palto üst geyimlərinin ən uğurlusudur.

2. Dümağ geyinməkdən çəkinməyin!

Dümağ geyinmək risklidir. Çünki tez çirklənmək və stilinizə kölgə salmaq ehtimalı var. Ancaq qar yağmadığı günlərdə dümağa bürünməkdən çəkinmək lazım deyil. Başdan-ayağa ağ geyinmək özünüzə inamınızı artıracaq. Gününüzün daha enerjili keçdiyini hiss edəcəksiniz.

3. Aksessuarlarla geyiminizi rəngləndirin

Başdan-ayağa ağ geyindikdə rəngli aksessuarlarla kombininizi tamamlaya bilərsiniz. Bunun üçün rəngli ayaqqabılar, çanta və ya şərfdən istifadə etmək olar.

4. Ağ şalvarlarınızı qarderobdan çıxarın

İsti havalarda sevərək geyindiyiniz ağ şalvarlaırnızı qarderoba həbs etməyin. Qış mövsümündə də ağ şalvarla şıq görünəcəksiniz. Ağ rəng demək olar ki, bütün rənglərlə uyğunlaşır. Odur ki, şalvarınızı ürəyiniz istədiyi kimi kombin edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm