Qəhvə insanı arıqladır?
Bizi izləyin

Tabloid.az

Qəhvə insanı arıqladır?

Tədqiqatlar yaşıl çayın, badamın və limonun arıqlamağa kömək etdiyini göstərib.

Daha öncəki tədqiqatlar yaşıl çayın, badamın və limonun arıqlamağa kömək etdiyini göstərib. Ancaq son illərdə aparılan araşdırmalar hər gün içilən 2 fincan qəhvənin də arıqlatdığını üzə çıxarıb. Sağlamlığa bir çox faydası olan qəhvənin həm də piylərin ən qatı düşməni olduğu bildirilir.

Qəhvənin tərkibindəki kofein, niasin və bir sıra mikroelementlərlə zəngin olan antioksidanlar orqanizmin daha çox kalori xərcləməsinə səbəb olur.

Maddələr mübadiləsini sürətləndirən qəhvə sayəsində arıqlama prosesini sürətləndirə bilərsiniz.

Qəhvə içən insanlar gün ərzində oturub dinlənərkən belə qəhvə içməyənlərdən daha çox kalori xərcləyirlər.

Beyinə gedən qan dövranını artırdığı üçün insanın özünü gümrah hiss etməsinə və yemək haqda daha az düşünməsinə səbəb olur. Qəhvə içən insan özünü dinc hiss edir və diqqətini gördüyü işə toplaya bilir.

Qəhvəni südlə birlikdə içdikdə zülal, karbohidrat və yağ balansını tənzimlədiyi üçün insanın özünü uzun müddət tox hiss etməsinə kömək edir.

İnsulinin səviyyəsini nizamda saxladığı üçün insan şirniyyat yeməyə meyilli olmur. Bu da artıq kalori qəbul etməməyinizə gətirib çıxarır. Ürəyiniz şirniyyat yemək istədikdə qəhvə içərək artıq kalori almaqdan özünüzü qoruya bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm