Sevdanın “dirçəliş ili” başlayır
Bizi izləyin

Tabloid.az

Sevdanın “dirçəliş ili” başlayır

Müğənni Sevda Kazımova yeni ildən yaradıcılığını “dirçəliş ili” adlandırmağa iddialıdır.

Müğənni Sevda Kazımova yeni ildən yaradıcılığını “dirçəliş ili” adlandırmağa iddialıdır. İndiyədək elə də tez-tez efirlərdə görünməyən müğənni bu ildən yeni mahnılar və yeni layihələr gerçəkləşdirməyi qarşısına məqsəd qoyub.

Müğənni ilk olaraq keçmiş mahnılarına yeni nəfəs verməkdən başlayıb. O, artıq 90-cı illərdə ifa etdiyi “Küsmək istəsəm də” mahnısını yenidən aranjeman etdirib.

Mahnının sözləri Tacəddin Şahdağlıya, musiqisi isə Sevda Məmmədliyə aiddir.

Müğənninın yeni mahnısını yaxın günlərdə bütün radio dalğalarda eşitmək mümkün olacaq.

Bundan başqa, Sevda xanım bir sıra yeni bəstəkarla çalışır. Onların arasında həm gənc, həm də sözünü demiş bəstəkarlar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm