Gənclər üçün yeni teleproqram yayıma başladı
Bizi izləyin

Tabloid.az

Gənclər üçün yeni teleproqram yayıma başladı

Gənclər üçün yeni teleproqram yayıma başladı

Addım Gənclər Təşkilatı “ADDIMla” adlı yeni layihəyə start verdi . Proqramın ilk qonağı Addım Gənclər təşkilatının sədr müavini Aynur Salmanova, “No Smoking” Film festivalın qalibi Nərmin Knyazlı, gənc aparıcı Abbasağa Əlizadə, istedadlı aktyor Tofiq Hacıyev olub.

Aynur Salmanova təşkilatın yaranması, fəaliyyət istiqamətləri və “ADDIMla” layihəsi haqqında ətraflı məlumat verdi, proqramda iştirak edən yaradıcı gənclər öz uğurları, ADDIM təşkilatı ilə tanışlıqlarından söhbət etdi və gəncləri fəal olmağa səslədilər. Layihənin məqsədi yaradıcı, istedadlı , müxtəlif sahələrdə aktiv olan gəncləri ictimaiyyətlə tanış etmək, onların gələcək uğurlarına vəsilə olmaq və cəmiyyətimizin digər gənclərini də bu vasitə ilə ruhlandırmaq, fəallaşdırmaqdan ibarətdir.

Hər həftənin Çərşənbə axşamı saat 16:00 da “Chatbox” kanalında Seyran Babayevin təqdimatında canlı yayımlanacaq “ADDIMla” proqramının qonaqları istedadlı, fərqli və yaradıcı gənclər olacaqlar. Gənclər uğur qazandıqları sahələrdən danışacaq, gələcək planlarını bölüşəcək, digər gənclərə səslənəcək, onlara tövsiyələrini çatdıracaqlar.

Təşkilat hesab edir ki, Azərbaycanı dünya səviyyəsində tanıtmağa qadir olan gənclər var, onların sadəcə tapılması üzə çıxarılması lazımdı, cəmiyyətin aktiv üzvlərinin əməyini qiymətləndirmək və ictimaiyyətə tanıtmaq lazımdır və bu təşkilatın üzərinə götürdüyü vəzifələrdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm