Nadir Qafarzadə nakam sevgidən şikayətlidir - Video
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə nakam sevgidən şikayətlidir - Video

Müəllif tabloid.az-a bildirib ki, “Döy qapımı” ekran həyatını da yaşayacaq.

Söz və musiqi müəllifi Tural Bayraməliyev növbəti kompozisiyasını müğənni Nadir Qafarzadəyə təqdim edib. Lentə yazılan mahnı “Döy qapımı” adlanır. Nakam sevgidən bəhs edən mahnı düşündürdüyü qədər seviləcəyinə də inam yaradıb.

Müəllif tabloid.az-a bildirib ki, “Döy qapımı” ekran həyatını da yaşayacaq.

“Xarici ölkələrdən birində çəkiləcək klipin mövzusu mahnı ilə bərabər maraq kəsb edəcəyinə inanıram. Artıq kliplə bağlı hazırlıqlar başlayıb. Mahnı radiolara təqdim edilən zaman, paralel olaraq, çəkilişlərə start veriləcək. Bildiyiniz kimi, mahnılarımın hər birinin aranjemanı Türkiyədə peşəkar musiqiçilər tərəfindən aparılır. Bu mahnının da aranjeman işi eynilə türkiyəli musiqiçilərə həvalə edilib” – deyən Tural Bayraməliyevin əlavəsinə görə, bu, Nadir Qafarzadə ilə onun sayca üçüncü iş birliyidir.

“Xainsən”, “Unut məni”dən sonra “Döy qapımı” mahnısını Nadir Qafarzadənin səsində uğur qazanacağına inanan müəllif sonda “inanıram ki, yeni mahnı “Xainsən”nin rekordunu təzələyəcək” deyə bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm