Tabloid.az
Müasir dekorasiyada qızılı aksessuar dəbi
Müasir ev dekorasiyasında son dövrdə yaranan trendlərin başında qızılı rəng gəlir. Qızılı rəngi deyiləndə ağlınıza ilk olaraq klassik və ağır bir dekorasiya anlayışı gəlməsin. Bizim bəhs edəcəyimiz qızılı trend müasir ev dekorasiyası ilə bağlıdır. Qızılı rəngindən o qədər də xoşlanmasam da, məni belə təsiri altına almağı bacaran bu cərəyanı ev dekorasiyasında istifadə etmək çox dəbdədir. Evinizə qızıl toxunuşlar əlavə edərək siz də bu dəblə ayaqlaşa bilərsiniz.
Bu dəb axını əslində özünü daha çox toy dekorasiyasında göstərir. Gələcək yaz və yay aylarında açıq hava toylarında güllərdən başqa, daha çox qızıl rənglə qarşılaşacağımızdan əminəm. Qızılı rəngin verdiyi parlaqlığı və gözəlliyi düşünəndə bu meyli çoxlarının sevəcəyini hesab edirəm. Bəs bu trendi evlərə və ofislərdə tətbiq edərkən nələrə fikir vermək lazımdır?
Evinizə qızıl rəngli aksessuarlar əlavə etmək üçün evdəki bəzi aksessuarları özünüz boyaya bilərsiniz. İlk ağlımıza gələnlər metal və şüşə masalar, kiçik metal obyektlər, vazalar, dibçəklər, əgər uyğundursa işıqlar və təbii ki, çərçivələrdir. Otaqdakı sıxıldığınız əşyaları qızılı tonlara boyayaraq həm yeni bir trendə ayaq uydura, həm də çox pul xərcləmədən cibinizə qənaət edərək yeni bir layihəyə imza atmış olarsınız. Qızıl rəngi sprey boyalarla bu işi çox daha asanlıqla yerinə yetirmək olar.
Qızıl rəngini parlaq və canlı rənglərlə birləşdirdikdə daha müasir bir görünüş əldə edərsiniz. Xüsusilə çəhrayı, zərif yaşıl, açıq mavi kimi rənglərlə çox yaraşan qızıl tonlarını ağ-qara xətlərlə birləşdirdikdə özünüzü Alisa kimi möcüzələr diyarında hiss edəcəksiniz.
Qızılı tonları tünd rənglərdən ibarət dekorasiyada istifadə etdikdə ortaya daha qotik mənzərənin çıxacağını unutmayın. Zümrüd yaşlı, iddialı albalı kimi tünd rənglər qızılı tonlarla möhtəşəm harmoniya təşkil edəcək. Nəticə isə qüsursuz olacaqdır.
Qızılı rəngini ancaq yataq otağında istifadə edirsinizsə, əsasən ağ və açıq rənglərdən istifadə edilməlidir. Yataq otağınız ağ, aksessuarlar qızılı rəngdə olduqda bu tandem həm çox parlaq, həm də çox qəşəng görünür.
Qızıl rəngini ev dekorasiyasında istifadə edərkən mütləq ilhama ehtiyacınız olacaq. Qərar verməzdən əvvəl tabloid.az-ın seçdiyi fotolara göz gəzdirin.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi