Hollivudun ən yaraşıqlı cütlüyü qırmızı xalıda - Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivudun ən yaraşıqlı cütlüyü qırmızı xalıda - Fotolar

"Qızıl Qlobus”un mükafatlandırma gecəsinə Corc və Amal Kluni cütlüyü damğa vurub

"Qızıl Qlobus”un mükafatlandırma gecəsinə aktyor Corc Kluni və onun vəkil həyat yoldaşı Amal Kluni cütlüyü damğa vurub. Bir-birlərinə uyğun geyinən və çox şıq görünən cütlük qırmızı xalıda göz qamaşdırıb. Corc Kluninin pərəstişkarları gecədən fəxri mükafatla ayrılan aktyorun ən böyük qələbəsinin gözəl Amal olduğunu deyirlər.

Amal Alamuddin gecəyə "Dior Couture" markalı, qara rəngli uzun ziyafət libası ilə qatılıb. Ağ rəngli, dirsəyə kimi uzanan əlcək və ağ çanta ilə stilini tamamlayan Amal zərifliyi ilə diqqət çəkib. Amalın zərif stilini vurğulayan və çox bahalı olduğu deyilən brilyant qaşlarla bəzədilmiş uzun sırğası da nəzərdən yayınmayıb.

Tabloid.az gecənin ən zərif cütlüyünün fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm