Günel: “Mən artıq şou-biznesin kraliçasıyam”
Bizi izləyin

Tabloid.az

Günel: “Mən artıq şou-biznesin kraliçasıyam”

Yeni kraliça gəlir. Hər kəs yerini bilsin.

Türkiyədən paytaxt Bakıya gələn müğənni Azəri qızı Günel “Onlar” verilişinə müsahibə verib. Müsahibəsində müğənni bir sıra maraqlı məqamlara toxunub. Gənc müğənni iddialı çıxışı ilə də diqqət çəkib.

“Mən artıq şou-biznesin kraliçasıyam, balaca kraliça. Yeni kraliça gəlir. Hər kəs yerini bilsin. Xahiş edirəm, İlhamə Quliyeva da məni dəyərləndirib, mənə bir cavab versin. Bu tacı da mənə stilist Anar hədiyyə edib”.

Bundan əlavə müğənni Bakıda konsert verə bilməməsinin səbəblərini açıqlayıb.

“Neçə vaxtdır deyirəm ki, konsert vermək istəyirəm. Xahiş edirəm ki, mənə kömək edin. Amma heç kəs yardım etmir. Ayrı məsələlərdə kömək edirlər. Əgər başqa bir şey gözləyirsənsə, qarşılıq gözləyirsənsə, bizdə qarşılıq yoxdur. Allah bizi yolumuzdan azdırmasın. Soruşurlar ki, sizə heç əxlaqsız təkliflər edirlər? Əlbəttə edirlər. Mən sənət adamıyam. Bu təkliflərin səbəbi isə sənət aləmində olan bəzilərinin səhv addımlarına görədir. Mənə görə bunlar səhvdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm