Azərbaycanlı milyonçu üçün ərini tərk edən cazibədar ulduz - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı milyonçu üçün ərini tərk edən cazibədar ulduz - Fotolar

Sinəsini milyon dollarlıq zinət əşyaları ilə bəzəyir

1.73 santimetr boy, dolğun dodaqlar və mənalı gözlər, üstəgəl ideal bədən quruluşu – bütün bunlar Monika Belluçinin dünyada bu qədər sevilməsi üçün kifayət edib. Bu aktrisanın 50 yaşında olduğuna inanmaq çətindir. Çünki hələ də gənc qız kimi cazibədar və füsünkardır. İlk olaraq model kimi tanınan və daha sonra aktrisa olaraq uğur qazanan bu cazibədar qadın hələ də bir çox brenddən təkliflər alır. Bu günə kimi “Dolce Gabbana”, “Dior” kimi məşhur firmaların siması olub. Bu da təsadüfi deyil, hər bir qadın 50 yaşında olmasına baxmayaraq, kişilərin xəyallarını işğal edən Monika kimi görünmək istəyir. Odur ki, onun reklam etdiyi dodaq boyaları, tuşlar və s. kosmetik məhsullar satış rekordları qırır.

Gözəlliyindən utanır

İnanmaq çətindir ki, bir zamanlar Monika öz gözəlliyini Tanrının hədiyyəsi kimi deyil, bəxtinə yazılan çətin bir imtihan olaraq qəbul edirdi. Çünki qızlar və qadınlar onun gözəlliyini qısqanaraq çoxlu şayiələr yayırdılar. Kişi pərəstişkarları isə üz verilmədiyi üçün onun həyatını çətinləşdirirdilər. Xarici görünüşünə qarşı olan bu böyük diqqətə görə Monika daha ciddi bir peşəyə yönəlir və vəkil olmaq istəyir. O, düşünürdü ki, hüquq ixtisasına yiyələnərsə, ətrafdakılar ona "başıboş gözəlçə" kimi yanaşmazlar. O, bütün gücü ilə insanlara sübut etməyə çalışırdı ki, o, gözəl olmaqla yanaşı, həm də çox ağıllıdır.

Bu yaxınlarda “Daily mail”ə müsahibə verən atası Monikanın gözəl olmaqdan utandığını, gəncliyində gözəlliyinə görə çox əzab çəkdiyini deyib.

45 yaşında hamilə pozaları

Bu qədər gözəl bir xanımın eşq həyatının qalmaqallı olması da normaldır. Ancaq Monikanın şəxsi həyatı digər məşhurlarla müqayisədə çox sakit keçib. 1989-cu ildən 1995-ci ilə kimi aktyor Nikola Farron ilə nişanlı qalıb. 1999-cu ildə isə Vinsent Kassellə ailə qurub. 2004-cü ildə Romada qızı Devanı dünyaya gətirib. Heç bir vaxt açıq-saçıq fotosessiyalar etdirməkdən, çılpaq pozalar verməkdən çəkinməyən cazibədar ulduz hamiləliyi ilə də gündəmə gəlir. 45 yaşında hamilə olarkən iştirak etdiyi fotosessiya ilə bir daha dünyanın diqqətini öz üzərinə çəkir. Elə həmin il yalnız evli cütlüklərin süni mayalanma sayəsində uşaq sahibi ola biləcəkləri ilə bağlı İtaliyada qəbul edilən qanuna etiraz etmək məqsədiylə “Vanity Fair” jurnalına çılpaq pozalar verir.

"Telmanla özümü 18 yaşında hiss edirəm"

Monika ümumiyyətlə, çox fərqli düşüncə tərzi olan bir xanımdır, o, həyat yoldaşı ilə münasibətlərinin monotonlaşmaması üçün ayrı evlərdə yaşamağı şərt qoyur. Buna baxmayaraq, 14 il sonra ərindən ayrılmalı olur. Evliliyin eşqi öldürdüyünə inanan Monika bir daha nikah masasına oturmaq niyətində olmadığını bildirir. Onu da qeyd edim ki, ötən il aktrisanın həyat yoldaşını azərbaycanlı milyonçu Telman İsmayılov üçün tərk etdiyi iddia edilmişdi. Belluçinin “Telmanla özümü 18 yaşımda hiss edirəm, gəncləşmişəm” dediyi bildirilirdi.

Qara rəngə duyulan eşq

Uzun boyu, tünd rəngli saçları, qəhvəyi gözləri ilə əsl italyan qadının obrazını özündə cəmləşdirən Monika Belluççi təkcə gözəlliyi ilə deyil, zərif stili ilə də göz qamaşdırır.

Bədəninə yaraşan geyimləri seçməyi bacaran aktrisa daha çox belini vurğulayan, bədənə yapışan libaslara üstünlük verir. Qara rəng onun üçün vaz keçilməzdir. Demək olar ki, qarderobu qara rəngə bürünüb.

Aktrisa başqa ulduzlardan fərqli olaraq dəvətlərə şalvar kombinləri ilə gələrək zərifliklə şıqlığın əsl harmoniyasını nümayiş etdirir.

Qırmızı rəngin cazibəsi

Qaradan ürəyi sıxılanda isə özünə çox yaraşdığını bildiyi üçün qırmızı rəngli libaslar seçir. Həqiqətən də qırmızı rəng Monikanı olduğundan daha gənc və enerjili göstərir. Sadəliyə üstünlük versə də, gipür detalları olan libasları çox sevir. Sinə dekoltesi ilə diqqət çəkməyi xoşlayır. Ayaqları gözəl olsa da, sinə dekolteli geyimlər onu daha çox cəlb edir.

Aktrisanı çox nadir hallarda çəhrayı, bənövşəyi rənglərdə və üzəri naxışlı, gül-çiçəkli geyimlərdə görmək olur.

Hündürdaban ayaqqabılar olmadan qadının seksual görünə biləcəyinə inanmır, odur ki, heç vaxt düz daban ayaqqabı geyinmir.

Sinəsini milyon dollarlıq zinət əşyaları bəzəyir

Monika Belluççinin geyimləri qədər taxdığı iddialı, olduqca bahalı zinət əşyaları da diqqət mərkəzindədir.

Məşhur ləl-cəvahirat markası “Cartier”in siması olan Monika dəbdəbəli modelləri daha çox sevir.

Xüsusilə də zümrüd və brilyant onun üçün əsl gözəllik və mükəmməllik simvoludur. Gözəl ulduz bu milyonluq zinət əşyalarını ən yaxşı şəkildə kombinə etməyi də əla bacarır.

Monika Belluççi özünü çox sevən və bəyənən xanımlardandır. Belə qadınlar öz üzərilərində çox dəyişiklik etməyi sevmirlər. Çünki özlərini oldquları kimi bəyənirlər. Odur ki, Monika makiyaj stilini və saç rəngini demək olar ki, heç vaxt dəyişməyib. Saçlarını ara-bir qısa formaya salsa da, qəhvəyi və qara rəngdən vaz keçməyib. Düz və dalğalı saç modelləri ilə gözəlliyini vurğulamağı sevir. Bəzən də dağınıq toppuz yığaraq üzünün gözəlliyini ortaya çıxarır. Monikanın həcmli və parıltılı saçları insanları həmişə valeh edib. Aktrisanın sirri saçlarını həftədə iki dəfədən artıq yumamasındadır. Çünki aktrisa hesab edir ki, şampun və saç quruducu vasitələr saçları məhv edir. Aktrisa saçlarını yumadan öncə bir miqdar zeytunyağı çəkib yarım saat gözlədiyini deyir. Bundan sonra yuyulan saçlar olduqca parlaq və sağlam görünür.

Monika bədəninin və üzünün onun "iş alətləri" olduğunu təkrar etməkdən yorulmur. Çünki o, sahib olduğu işdə bu xəzinəyə görə pul qazanır. Aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddindən artıq istifadə etmək olmaz. Bu səbəbdən Monika makiyaja ehtiyatla yanaşır. O, gündəlik həyatında dərisini kosmetik məhsullarla işgəncə vermir. Ona kirpiklər üçün bir az tuş və dodaq üçün bir az parıltı kifayətdir. Dərinin hamarlığını qorumaq üçün termal spreylərdən istifadə edir. Yaşlanmağa qarşı kremlərdən istifadə etmir, çünki çünki əmindir ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin ipək kimi olması üçün həftədə 2 dəfə təmizləyici bədən skrablarından istifadə etdikdən sonra bədəninə badam yağı çəkir. Üz üçün isə Monikanın sirri möcüzəvi maskasındadır. 6 çay qaşığı avakado ilə 4 çay qaşığı badam yağını qarışdırır və dəriyə çəkdikdən 15 dəqiqə sonra yuyub təmizləyir.

Nənədən keçən qırmızı dodaq boyası sevgisi

Aktrisa plastik əməliyyata qarşıdır: "Mən heç bir zaman hadisələrin təbii gedişatına müdaxilə edə bilmərəm. İnsanlar yaşlanarlar, bu isə təbiidir”. Monika öz yaşından qorxmur, o, 50 yaşında da həyatdan zövq almağın mümkün olduğuna inanır. Aktrisa nümunə olaraq nənəsini göstərir və deyir ki, yaşlandıqda belə dodaqlarına qırmızı dodaq boyası çəkirmiş, hətta kilsəyə də elə gedirmiş. Mən də inanıram ki, son günə kimi qadın olmaq lazımdır”.

Belluççinin makiyajda vaz keçilməzi nənəsinin də sevimlisi olan qırmızı dodaq boyasıdır.

Gözlərini vurğulamağı sevir. Bunun üçün həcm və uzunluq verən tuşdan, qara qələmdən istifadə edir. Daha sadə makiyaj etmək istədikdə isə bej çalarlardakı dodaq boyalarına müraciət edir. Dodaqları dolğun və gözəl olduğu üçün hər rəng dodaq boyası ona yaraşır.

50 yaşlı ən seksual qadın

50 yaşında olmasına baxmayaraq, hələ də dünyanın ən seksual və ya ən gözəl qadınlarının siyahısında yer alan və planetin bütün kişiləri üçün əlçatmaz, ideal qadın olan Monika bu qədər populyar olmasını verdiyi açıq-saçıq pozalara borcludur.

Aktrisanın müxtəlif zamanlarda üz qabığına çıxdığı ən məşhur jurnalları sizin üçün toplamışam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm