Kartof arıqlamağa kömək edirmi?
Bizi izləyin

Tabloid.az

Kartof arıqlamağa kömək edirmi?

Kartof arıqlamağa kömək edirmi?

Adətən pəhriz saxlayanlara rasiona kartof da daxil etmək təklif olunur. Sən demə, bu səbəbsiz deyil. Kanadadakı Makgil universiteti tərəfindən aparılan araşdırmada kartofun arıqlamağa kömək etdiyi açıqlanıb. Alimlər kartofun hətta kökəlməyə mane olacağını müəyyən edib.

Universitetin araşdırma qrupu bununla bağlı siçanlar üzərində təcrübə aparıblar. Məlum olub ki, kartofun arıqlamağa kömək etməsinə səbəb onun tərkibindəki antioksidant maddəsidir.

Professor Luis Agellon "Nəticələr bizi çox təəccübləndirdi. İlk təcrübədən əldə etdiyimiz nəticənin səhv olacağını düşünüb, başqa bir mövsüm yetişdirilən kartofu yenidən sınaqdan keçirdik. Amma nəticə eyni oldu" dedi.

Kartof pəhrizi də vəziyyətə görə dəyişir. Orta ölçüdə bir kartofda 100 kalori var. Əgər kartof qızardılırsa, kalorinin miqdarı 250-yə çatır. O da qeyd olunur ki, kartof doyumlu tərəvəzlər sırasındadır. Buna görə də pəhriz zamanı suda və ya közdə bişirilmiş kartof yer alır. Çünki o bu zaman öz kalorisini itirir.

Kartof insanı arıqladır

Tabloid.az xəbər verir ki, daha əvvəl Kaliforniya universitetinin alimləri də bu fikri açıqlamışdılar. Artıq çəkidən əziyyət çəkən 86 nəfər üzərində12 həftə aparılan eksperimentdən məlum olmuşdu ki, kartofun insanı kökəltməsi fikirləri əsassızdır. Araşdırma bu tərəvəzin nəinki insanı kökəltmədiyi, hətta arıqlamağa kömək etdiyini göstərmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm