Günay İbrahimli köhnə Yeni ili kiminlə qeyd etdi? - Video
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli köhnə Yeni ili kiminlə qeyd etdi? - Video

Köhnə Yeni ili hərə bir cür qeyd edir

Köhnə yeni ili hərə bir cür qeyd edir. Kimisi adi gün kimi, kimisi ailəsi, sevdikləri üçün yığışmağa növbəti bəhanə olduğu üçün masa başında, kimisi də sevgilisi ilə...

Gənc və sevilən müğənni Günay İbrahimli isə köhnə Yeni ili jurnalist dostları ilə birgə qeyd etdi. Müğənni media işçilərini şəhər restoranlarından birində toplayıb jurnalistlərə yeyib-içmək təşkil etməklə yanaşı, sonda əlamətdar günün şərəfinə tort da kəsdi.

Bundan əlavə yığıncaqda Günay bir neçə gündür işbirliyinə imza atdığı yeni prodüseri Tamilla Hüseyinəliyevanı da media işçiləri ilə tanış etdi.

Tabloid.az yığıncaqdan qısa video lenti izləyicilərinə təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm