Tabloid.az
Soğanın ev təmizliyində əvəzedilməz rolu
Soğandan hamımız mətbəxdə yemək hazırlamaq üçün istifadə edərik. Qoxusu pis olduğu üçün soğandan ev təmizliyində istifadə etməyk yəqin ki, ağlınıza gəlməyib. Əslində soğan güclü təmizləmə qabiliyyətinə malikdir. Tabloid.az soğanın ev təmizliyində istifadə qaydasını izah edir:
Yanmış tavanı təmizləyə bilir
Qızarmış yemək qalıqlarını təmizləmək olduqca çətindir. Bir parça soğanla qızarmış yemək qalığını ovun. Soğanın köməyi ilə bu artıqları təmizləmək çətin olmayacaq.
Ocağınızı təmizləyin
Qazandan daşan yeməklər qaz piltəsinin üzərində quruyanda inadkar ləkələr əmələ gələ bilər. Yenə iki yerə bölünmüş soğanla ocağı silərək bu ləkələri təmizləmək mümkündür. Əgər istəyirsinizsə, soğanla birlikdə bir az da duz əlavə edə bilərsiniz.
Aspiratorları da soğanla təmizləyə bilərsiniz
Aspiratoru təmizləmək bəzən işgəncə olur. Bu prosesi asanlaşdırmaq üçün qabartma tozu və yarım soğan lazım olacaq. İkisi ilə birlikdə aspiratorda toplanmış inadkar çirkləri rahat şəkildə təmizləyə bilərsiniz.
Pəncərə kənarlarını soğanla təmizləyin
Pəncərə kənarlarındakı ləkələr təmizlənmirsə, həmin yeri soğanla ovun. Yalnız ləkələri çıxartmayacaq, eyni zamanda böcəklərin də evinizə gəlməsini əngəlləyəcək.
Metal əşyalarınızı soğanla parıldadın
Metalları parıldatmaq üçün xüsusi qayğıya ehtiyac var. Bir qədər soğan suyu ilə qısa müddətə metal əşyalarınızı parıldada bilərsiniz.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu