Eyyub Yaqubov təqdimata hazırlaşır
Bizi izləyin

Tabloid.az

Eyyub Yaqubov təqdimata hazırlaşır

Tabloid.az-a eksklüziv açıqlama verən ifaçı yeni mahnı ifa etdiyini və hazırda həmin mahnıya klip çəkildiyini bildirib.

Efirdə az-az görünən, müsahibə verməyə həvəsli olmayan müğənni Eyyub Yaqubovdan yeni xəbər var. Tabloid.az-a eksklüziv açıqlama verən ifaçı yeni mahnı ifa etdiyini və hazırda həmin mahnıya klip çəkildiyini bildirib.

“Elçin İmanovun Bakı folklorundan bəhs edən mahnısını ifa etmişəm. Mahnı Sovetski haqqındadır. Mahnının sözləri və musiqisi Elçin İmanova aiddir. Klipin çəkilişlərini yayda bitirmişik. Hazırda montaj işləri üzərində işləyirik. Klipin rejissoru Faiq Kərimovdur”.

Müğənni klip çəkilişi zamanı yaranan maraqlı məqamlardan da danışıb. “Klip sovetskidə çəkilib. Çəkilişlərimiz Sovetski sökülərkən gedirdi. Şükür Allaha ki, çatdırdıq. Təsəvvür edin, bu gün çəkdiyimiz məkana sabah gələndə artıq oranın söküldüyünü görürdük”.

Eyyub Yaqubov klip təqdimatının yanvar ayının sonuna kimi olacağını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm