Günay: “O, heç görüşümə də gəlmədi” - Fotolar
Bizi izləyin

Tabloid.az

Günay: “O, heç görüşümə də gəlmədi” - Fotolar

“O, heç görüşümə də gəlmədi”

Gənc və istedadlı müğənni Günay İbrahimli son bir neçə ildir ifa etdiyi mahnıları ilə uşaqdan böyüyə hər kəsin sevgisini qazanmağı bacarıb. Onun yaşı, sənətdə fəaliyyət illəri az olsa da, artıq titullu müğənnilərlə rəqabət aparır. Yeni ildə hər kəs müğənnidən yeni mahnı, yeni klip gözlədiyi bir ərəfədə o, tamam başqa bir sahəni yenilədi. Müğənni yeni prodüser ilə çalışacağını açıqladı. Əlbəttə, bu xəbər şou aləminə bomba kimi düşdü. Axı 2 ildən çoxdur müğənni bir prodüserlə çalışırdı. Nə baş verdi? Hər iki tərəf susmağı üstün tutsa da, tabloid.az-a eksklüziv müsahibə verən müğənni gizli qalan bir sıra məqamları açıqlayıb.

Tabloid.az Günay İbrahimli ilə eksklüziv müsahibəni təqdim edir.

- Günay, 2015-ci ildə fərqli başlanğıc etdiniz. Həmkarlarınız yeni mahnı, yeni klip təqdim etdiyi ərəfədə, Siz yeni prodüserlə əməkdaşlığa başladınız. Tamilla xanımla iş birliyiniz necə başladı?

- Əslində bizi vasitəçilər birləşdirdi. Düzdür, özünü tanıyırdım. Uzun illərdir ki, onu həmkarım Eltonun həyat yoldaşı və gördüyü işlərə görə prodüser kimi yaxşı tanıyıram. Ən əsası hörmət etdiyim xanımlardan biridir. Müğənnilik çətin sənətdir ki, mütləq yanında prodüser olmalıdır. Çox çətinlik çəkirdim. Köməkçi ayrı, prodüser ayrı... Elə işlər var ki, onları müğənni yox, prodüser etməlidir. Təkliflər olundu və qarşılıqlı anlaşma ilə işbirliyinə başladıq.

- Etiraf edim ki, Günay yeni prodüserlə çalışacaq xəbərini eşidəndə düşünürdüm ki, keçmiş prodüserin Sevinc Hüseynova da sənin yanında olacaq. Və iki nəfərlə işləyəcəksən...

- Əslində elə də olmalı idi. Toma xanım gəldi deyə Seva keçdi arxa plana deyilən bir şey olmayıb. Mənim Sevadan ayrılmaq fikrim yox idi. Mən sadəcə komandamı böyütmək və peşəkarlarla çalışmaq istəmişəm. Nə oldu anlamadım. Sevinc mənimlə heç görüşmədi də. Mənə SMS göndərdi ki, mən artıq səninlə işləmək istəmirəm. Mən bunu özümə qarşı hörmətsizlik sayıram. Bilirəm ki, o, məni çox istəyir. Eləcə də mən onu çox istəyirəm. Aramızda nə dava olub, nə də qırğın. İki il yarımdır ki, bir yerdə duz-çörək kəsirik. Ən azından Seva gərək görüşüb sağollaşardı. Mən onu görüşə də çağırdım. O, heç görüşümə də gəlmədi. Bu mənə qarşı hörmətsizlikdir. SMS ilə sağollaşmaq nə deməkdir Heç olmasa səbəbini deyərdi... Mən sadəcə ona işlərində uğur arzu etdim.

- Günay, diqqətimi çəkən bir məqama toxundunuz. Vurğuladınız ki, bir var köməkçi, bir var prodüser. Sevinc Günay İbrahimli üçün köməkçi olub, yoxsa, prodüser?

- (Fikirləşir...) İndi yanımda yoxdur deyə, ola bilsin ki, dediyim sözə görə məni qınayacaqlar. Mən ona heç vaxt köməkçi adını verməmişəm. Hər zaman onu menecer və prodüserim kimi təqdim etmişəm. Amma günah özümdədir. Bir şeyi anladım ki, hər kəsə öz yerini göstərmək lazımdır. İşlərimin hamısını özüm görmüşəm. Hətta kliplərdə belə onun adını prodüser kimi yazdırırdım. Heç vaxt imkan verməmişəm ki, onun adı köməkçi kimi getsin. Yəqin elə buna görə mənimlə görüşməyib, SMS ilə sağollaşdı. Demək ki, günahkarı elə özüməm.

- Bir az da xarici görkəminizdən danışaq. Mütəmadi olaraq saçlarınızı dəyişirsiniz. Psixoloqların dediklərinə inansaq, xanımlar depressiyada olanda saçlarında dəyişiklik edirlər.

- Depressiyada olarkən saçımı həm kəsdirdiyim, həm də uzatdığım vaxtlarım olub. Bunlar keçmişdə qalıb. Amma yəqin bütün xanım oxucularınız da mənimlə razılaşar ki, xanımlar gözəllik salonuna getməyi və dəyişikliyi xoşlayır. Mən də göz önündə olduğum üçün tez-tez saçlarımda dəyişiklik edirəm. Bununla da tamaşaçılar adamı eyni formada görməkdən yorulmurlar. Müğənni hər zaman yenilik etməlidir. Necə ki, yeni mahnılar, kliplər, konsertlər edirik, eləcə də xarici görünüşümüzdə dəyişiklik etmək mütləqdir.

- Diqqətimi çəkən məqamlardan biri də prodüser Tolikin qəfildən haqqında xoş sözlər deməsi oldu. Bildiyim qədər münasibətlər o qədər də isti deyildi...

- (Sözümü kəsərək) Yox, mən bir şeyi əlavə etmək istəyirəm. Tolik 2 ay öncə mənə zəng edərək bir sual verdi. “Mən sənin dostunam, yoxsa, düşmənin?” Ona verdiyim cavabı sizə də açıqlayıram: “Sən mənim nə dostumsan, nə də düşmənim. Sən mənim tanışımsan.” Mənim onunla münasibətim heç vaxt pis olmayıb. Sadəcə səbir etmək lazımdır. Mən də zamana buraxdım. Artıq o da bizə dəstəkdir. Hətta deyərdim ki, artıq komandamıza daxil olan bir insandır.

- Günay, dayanmadan çalışırsınız. Sanki “robot qadınsan”. Mahnılarının demək olar ki, hamısı hit olur. Buna heç illərin ifaçıları nail ola bilmirlər. Bu sirri bəlkə açıqlayasan?

- Şans deyilən bir şey var. Allah o şansı insana ya verir, ya da vermir. Əgər veribsə, o şansdan düzgün formada istifadə etmək gərəkdir. Bu sənət riski sevir. İrəli getmək istəyirsənsə, risk etməlisən. Karyeramda antireklam zamanı da olub. Bunun qarşısını almaq da mümkün olmayıb. Hər bir tanınmış simanın sənətində belə məqamlar olur. Bunun üçün müğənni işini bilən peşəkar insanlarla işləməlidir.

- Bir az dəbdən, tərzinizdən danışaq. Geyim alarkən nəyə əsas önəm verirsiniz? Sevdiyiniz və seçdiyiniz bir marka var, yox, nə yaraşdı onu alırsınız?

- Qarderobumda brend markalardan aldığım geyimlərim də var, demokratik qiymətləri ilə üslubuma uyğun olan brendlərin malları da. Əsas insan öz stilini tapmalıdır. Artıq öz stilimi tapmışam. Əvvəl nəinki geyimdə, mahnı seçimində də çətinlik çəkidrdim. İnsan özünə rahat olan geyimi geyinməlidir. Həm də dəyişiklik etməyi sevirəm. Çox tez bezənəm. Fərqliliyi çox xoşlayıram. Alış-verilişi çox vaxt xaricdə olarkən edirəm. Amma ürəyimə düşəndə Bakıdakı dükanlardan təzə mal alıram.

- Ən bahalı geyiminizə nə qədər pul xərcləmisiniz?

- Ən bahalı geyimim 8 min manata olub.

- Paltarlarını auskiona çıxardıb satmaq fikrin var?

- Hələ ki, yox. Gələcəkdə ola bilər. Qarderobumda elə paltarlar var ki, onları cəmi 1 dəfə geyinmişəm. Öz özümə deyirəm ki, burda qalınca bəlkə onları kimlərsə geyinər. İndi onları satışa çıxarmaq fikrim yoxdur.

- Bildiyimə görə, bir bacın və bir qardaşın var. Gələcəkdə Sizin ailədən növbəti İbrahimli soyadlı müğənni çıxmasını istəyərdinizmi?

- Ailəmizdə anamın çox gözəl səsi var. Anam o vaxt müsabiqələrə də qatılıb. Bəyənilib. Sadəcə ailə qurduğundan və mən dünyaya gəldiyimdəm sənətlə vidalaşmalı olub. Anam ifa edərkən münsiflər heyətində Xeyransa Məmmədova, Şövkət Ələkbərova əyləşib. Anamın arzusu olub ki, mən müğənni olub. Bununla mən həm anamın, həm də öz arzumu reallaşdırıram. Qardaşımın gözəl səsi var. Amma istəməzdim o müğənni olsun. Oğlan üçün bu sənətdə irəliləmək çox çətindir. Qızlar geyimi ilə, saçı, makiyajı ilə diqqət çəkə bilir. Oğlan isə bunları edə bilmir. İstəyərdim qardaşım hüquqşünas və polis əməkdaşı olsun. Amma hər şey ola bilər...

- Məncə qardaşın müğənni olsa ona daha rahat olar...

- Xeyir! O, bu sənətə gəlsə, mən ona kömək etməyəcəyəm. Qoy özü ayaq üstə durmağı öyrənsin. Mən bunları özüm öyrənmişəm. Belə olduqda insan daha çox qədir bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm