Rihanna Leonardo Di Kaprio ilə eşq yaşayır - Fotolar
Bizi izləyin

Tabloid.az

Rihanna Leonardo Di Kaprio ilə eşq yaşayır - Fotolar

Barbadoslu seksual müğənni Rihanna ilə Hollivudun ən xarizmatik aktyoru Leonardo Di Kaprionun eşq yaşadığı iddia edilib

Barbadoslu seksual müğənni Rihanna ilə Hollivudun ən xarizmatik aktyoru Leonardo Di Kaprionun eşq yaşadığı iddia edilib. Belə ki, iki məşhurun Los-Ancelesda baş tutan ad günü mərasimlərindən birində tanış olaraq yaxınlaşdıqları bildirilir.

“E! News” adlı saytın xəbərinə görə, Leo ilə Riri modelyer Nikki Ervinin ad günündə tanış olublar və gecənin sonunda öpüşməkdən də çəkinməyiblər. Dedi-qodulara inansaq, gecə boyunca birlikdə içib əylənən Leo ilə Riri məkandan eyni maşında ayrılıblar.

Bu iddialar Leonardonun pərəstişkarlarını həyəcanlandırsa da, Rihanna fanatlarını məmnun etməyib.

Eşqbazlıqları ilə tez-tez gündəmə gələn və demək olar ki, həftədə iki dəfə sevgili dəyişən Leonardo ilə Rihannanın münasibətinin uzun müddətli olacağı heç kimə inandırıcı gəlmir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm