Tabloid.az
Retro makiyaj dəbi - Fotolar
60 və 70-ci illərdə xüsusilə Hollivud ulduzları sayəsində bir çox dəb və gözəllik cərəyanı yarandı. O illərdən bu günümüzə qədər əhəmiyyətini heç vaxt itirməyən retro tərzi öz aktuallığını qoruyub saxlaya bilib. Tabloid.az retro makiyajın edilmə qaydasını təqdim edir:
1-ci dəri rəngində makiyaj
Dərinizə çəkəcəyiniz kirşan və tonal krem açıq rəng olmalıdır. Tünd rənglərdən qaçmalısınız! Retro makiyajda əsas şərtlərdən biri də bədənin açıq rəngli və hamar olmasıdır. Ənlik isə açıq rəngli dəriyə çəkiləcəyi üçün çəhrayı və şaftalı tonlarında olmalıdır. Arzu edilərsə, yanağınıza qələm köməyi ilə xal da qoya bilərsiniz.
2-ci göz makiyajı
Retro makiyajında gözlər mümkün qədər çox vurğulanmalıdır. 60-cı illərdə böyük və iri gözlər çox dəbdə idi. Bu effekti almaq üçün gözlər qara qələmlə haşiyəyə alınır və süni kirpiklərdən istifadə olunur. Göz qapaqlarına isə tünd tonlarda göz kölgələri çəkilməlidir. Retro təsirini daha çox artırmaq üçün zərli göz kölgələrindən də istifadə etmək olar. Gözlərin daha böyük görünməsi üçün aşağı kirpik altına ağ rəngli qələm çəkin. Kirpiklərin gur görünməsi üçün bir neçə qat tuş çəkin, ya da taxma kirpik taxaraq da retro tərzinə nail ola bilərsiniz.
3-cü dodaq makiyajı
Retro makiyajda dodaq ön planda olmalıdır. Ancaq heç bir zaman göz makiyajını kölgədə qoymamalıdır. Bu səbəbdən pastel və şaftalı tonlarını rahatlıqla istifadə edə bilərsiniz. Göz makiyajı sadə olsa, tünd qırmızı tonlar seçərək dodaq makiyajını ön plana çıxara bilərsiniz. Vazelinin köməyi ilə dodaqlarınızı yumşaldın. Daha sonra pomadanı dodaqların ortasından başlayıb kənarlara doğru çəkin. Rəngi möhkəmləndirmək üçün dodaq qələmiylə dodaqlar vurğulanmalıdır.
Tabloid.az
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA