Murad Arif xəbərdarlıq etdi: “Partlayacaq, ehtiyatlı olun” - Audio
Bizi izləyin

Tabloid.az

Murad Arif xəbərdarlıq etdi: “Partlayacaq, ehtiyatlı olun” - Audio

Bəstəkar-aparıcı Murad Arif ifaçı kimi növbəti işini mediaya təqdim edib.

Bəstəkar-aparıcı Murad Arif ifaçı kimi növbəti işini mediaya təqdim edib.Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyənin tanınmış müğənnisi Mirkəlamın repertuarından “Tavla” adlı bəstəni oxuyub:

“Yeni ifa etdiyim mahnını uşaqlıq illərimdən sevmişəm. Artıq 20 ildir ki sözlərini əzbər bildiyim bir bəstədir. Bu mahnı ilk dəfə 1994-cü ildə Türkiyənin tanınmış müğənnisi Mirkəlamın albomunda yayımlanıb. Mahnının söz və musiqisi də elə onun özünə məxsusdur. Bu yaxınlarda Türkiyənin “Nömrə 1” aranjemançısı İskəndər Paydaşla tanış oldum. Onun Mirkəlamla iş birliyinə və özəlliklə "Tavla" (nərd oyunu) mahnısına olan sevgimi bildirdim. Bir müddət sonra İskəndər bəy bu mahnını yeni aranjemanda hədiyyə etdi. Yəni mahnını müəlliflərin rəsmi icazəsi ilə oxudum. Çox xoşbəxtəm ki, mahnı mən istədiyim kimi alındı. “Tavla” çox sevdiyim fank janrında yazılmış türk pop mahnısıdır. Tezliklə bu bəstəyə klip çəkdirməyi də düşünürəm. Bu mahnı mənim yeni bombamdır. Partlayacaq. Ehtiyatlı olun”.

Qeyd edək ki, M.Arifin ifaçı kimi mediaya çıxardığı ilk mahnısı “Həyat yoldaşımsan” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm