Arqan yağının gözəllik üzərində təsirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Arqan yağının gözəllik üzərində təsirləri - Fotolar

Arqan yağının gözəllik üzərində təsirləri - Fotolar

Tabloid.az arqan yağının faydalarını təqdim edir:

Saçları qidalandırır

Arqan yağı daha çox saçlara qulluq sahəsində istifadə olunur. Saçlarınız ağarıbsa, mütəmadi olaraq qırılırsa, bir neçə damcı arqan yağı ilə saçınız diblərini masaj edin. Yağı saçlarınızın uclarına da çəkin. Eyni zamanda saçların qabarmasının da qarşısını alır.

Argan yağı kullanmak için 5 neden

Quruyan dərini nəmləndirir

Dərimizin daim parıldamasını və təravətli görünməsini istəyirik. Xüsusilə qış aylarında quruyan dərini arqan yağı ilə nəmləndirmək tövsiyə olunur. Dərini təmizləyib tonik çəkdikdən sonra arqan yağını almacıq sümükləri, alın, çənə və burun kənarlarına incə təbəqə halında çəkin. Dodaqlar quruyanda da arqan yağı çəkin. Masaj edərək dərinin yağı əmməsini təmin edin.

Argan yağı kullanmak için 5 neden

Gözaltı torbaları azaldır

Göz altındakı qara halqalar və şişkinliklərdən arqan yağı istifadə edərək birdəfəlik vidalaşın. Olduqca həssas olan göz ətrafı dəriyə yumşaq hərəkətlər ilə arqan yağı tərkibli məhsullar çəkin.

Argan yağı kullanmak için 5 neden

Çatlamış dabanları yumşaldır

Gecə yatmazdan əvvəl ayaqlarınıza arqan yağı çəkib pambıq corab geyinin və yatın. Əgər bunu mütəmadi etsəniz, lap yumşaq ayaqlara sahib olacaqsınız.

Argan yağı kullanmak için 5 neden

Əlləriniz lap yumşaq olsun

Çatlayan və qızaran əllərinizi arqan yağı ilə yumşaldın. Mütəmadi istifadə edildikdə arqan yağı əllərinizi pambıq kimi yumşaq edəcək.

Argan yağı kullanmak için 5 neden

Oxumağa davam et
Reklam
Reklam

Gündəm