Cazibədar Fahriyyə Evcən: “Mən də Türkan Şoray kimi...” - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar Fahriyyə Evcən: “Mən də Türkan Şoray kimi...” - Fotolar

Fahriyənin üz cizgilərinin bir az dəyişməsi onun estetik əməliyyat etdirdiyi ilə bağlı dedi-qoduların yayılmasına səbəb olub

Türkiyənin ən cazibədar aktrisalarından olan Fahriyyə Evcən kosmetika brendlərindən birinin siması olub. Reklam kampaniyasının nümayişinə gələn aktrisa şıqlığı ilə göz qamaşdırıb. Tabloid.az xəbər verir ki, Fahriyənin üz cizgilərinin bir az dəyişməsi onun estetik əməliyyat etdirdiyi ilə bağlı dedi-qoduların yayılmasına səbəb olub. Daha öncə də estetik əməliyyata müraciət edən Fahriyə bu barədə verilən sualları cavablandırmayıb.

Cazibədar aktrisa açıqlamalaır ilə də təəccübləndirib. O, yaxın vaxtlarda albom çıxaracağını deyib:

“Albom çıxara bilərəm. Aktrisa mahnı oxumağı və rəqs etməyi də bilməlidir. Türkan Şoray kimi olmaq istəyirəm. O da xatirə kimi qalsın deyə, bir albom çıxarıb”.

Qeyd edək ki, Fahriyyə Evcən sevgilisi, yaraşıqlı aktyor Burak Özçivitlə birlikdə rol aldığı “Aşk sana benzer” (“Eşq sənə bənzəyər”) adlı filmdə “Benim gözüm sende” mahnısını səsləndirib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm