Mətanət həm sevgili, həm də sponsor axtarır
Bizi izləyin

Tabloid.az

Mətanət həm sevgili, həm də sponsor axtarır

Mətanət sevgi axtarır

Müğənni Mətanət Əsədova sevgi axtarışındadır. Tabloid.az xəbər verir ki, bu haqda ifaçı “ATV Maqazin” verilişinə açıqlamasında bildirib. O, tənhalıqdan bezdiyini dilə gətirib.

“Təklik çox pis şeydir. Can yoldaşı istəyirəm. Dostum olsun, dərdimi, sevincimi onunla bölüm. O, çox ürəkli, təmizkar olmalı, düzgün danışmalı və əsası bədxərc olmalıdır. Simic olmasın. Mənə baxanda bilsin ki, nə istəyirəm. Nə istədiyimi mən ona deməyim. O, mənim sevgilim, həm də sponsorum olsun. Mənim kimi ideal qız qarşısına çıxıb. Kişinin əli də, ürəyi də açıq olmalıdır”.

Müğənni həmçinin həmin şəxslə ailə qurmaq istəmədiyini də dilə gətirib.

“Bir dəfə ərə gedib yarımamışam. Bir də ərə gedəcəyəm? Yox! Subaylığı evliliyə dəyişmərəm. Bacım uşaqlarına da deyirəm. İşinizi qurun sonra ailə qurun. Mən şəxsən qız olsaydım, onlarla tanış olmazdım. Pulsuz kişi kimə lazımdır?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm