Sevdanın keçmiş əri müğənnini hədiyyələrə qərq edib
Bizi izləyin

Tabloid.az

Sevdanın keçmiş əri müğənnini hədiyyələrə qərq edib

12 il əvvəl boşanan müğənni Sevda Kazımova keçmiş həyat yoldaşı ilə barışıb.

Müğənni Sevda Kazımova keçmiş həyat yoldaşı tərəfindən hədiyyə yağışına tutulub.

12 il əvvəl boşanan müğənni Sevda Kazımova keçmiş həyat yoldaşı ilə barışıb. Barışan müğənninin könlünü almaq üçün eks əri xanımına əvvəl ev, sonra avtomobil, indi də zinət əşyası hədiyyə edib. Bütün bunlardan müğənni xoşbəxtliyini gizlədə bilmir.

Qeyd edək ki, daha əvvəl müğənni tabloid.az-a açıqlamasında bu il sənətinə daha çox vaxt ayıracağını demişdi. Yeni mahnılar və kliplər təqdim edəcəyinə söz verib.

Xatırladaq ki, müğənninin eks həyat yoldaşı ilə evliliyindən iki oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm