Ceyhun: “Bəstəmin qiyməti 6000 manatdır”
Bizi izləyin

Tabloid.az

Ceyhun: “Bəstəmin qiyməti 6000 manatdır”

“Qala” qrupunun solisti Ceyhun qalmaqallı açıqlama edib.

“Qala” qrupunun solisti Ceyhun qalmaqallı açıqlama verib. Tabloid.az xəbər verir ki, o, həmkarları Elnur Məmmədov və Zamiq Hüseynovun kliplərini bəyənmədiyini “Onlar” verilişinə etiraf edib.

“Klip çəkməyə rejissor tapa bilmirəm. Yoxdur rejissor. Rejissorların ilk sualı odur ki, nə qədər pulun var ? Son vaxtlar nə Aqil M. Quliyevin, nə də Ülviyyə Könülün işlərini görmürəm. Fuad Əlişovun Elnur və Zamiq üçün çəkdiyi klipləri bəyənmədim. Bu, mənim şəxsi fikrimdir. O effektləri mənim qardaşım mobil telefonla düzəldir”.

Müğənni əlavə olaraq bəstəkarlıq qabiliyyətindən bəhs edib.

“Mənim mahnı Röya Ayxan oxuyub. Röyanın mənim mahnımı oxuması mənə lazım idi. Bu mahnını ona hədiyyə etmişəm”.

Müğənni həmçinin bəstələdiyi mahnılarının qiymətinin 6 min manat olduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm