Gülbən Ərgən keçmiş həyat yoldaşıyla bir araya gəldi - Fotolar
Bizi izləyin

Tabloid.az

Gülbən Ərgən keçmiş həyat yoldaşıyla bir araya gəldi - Fotolar

Ad günündə Ərxan Çəliyin iştirak etməməsi birmənalı qarşılanmayıb

Türkiyəli məşhur müğənni Gülbən Ərgən oğlu Atlasın ad gününü qeyd edib. 8 yaşı tamam olan Atlasın doğum günü mərasimində atası Mustafa Ərdoğan da iştirak edib.

Gülbənin yaxın dostlarının iştirak etdiyi mərasimə M.Ərdoğanın ata-anasının da gəlməsi diqqətdən qaçmayıb.

Tədbirdə çəkilən fotoları sosial şəbəkədə paylaşan müğənni “Yanımızda və qəlbimizdə olan bütün sevdiklərimizə təşəkkür edirik” şərhini yazıb.

Gülbən Ərgənin Mustafa Ərdoğanla evliliyindən Atlas, Aras və Güney adlı üç oğlu var. Müğənni ikinci dəfə telejurnalist Ərxan Çəliklə ailə qurub.

Ad günündə Ərxan Çəliyin iştirak etməməsi birmənalı qarşılanmayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm