Bakı dovğası - Resept
Bizi izləyin

Tabloid.az

Bakı dovğası - Resept

Tabloid.az Bakı dovğasının reseptini təqdim edir:

Tabloid.az Bakı dovğasının reseptini təqdim edir:

İnqrediyentlər:

Qoyun əti – 800 qram

Baş soğan – 1 baş

Qatıq – 2 litr

Noxud – 100 qram

Yumurta sarısı– 1 yumurta

Un – 1 xörək qaşığı

Su – 1½litr

Keşniş, kəvəviz, şüyüd, cəfəri, nanə– hərəsindən 1 dəstə

Hazırlanması:

Ət sümükdən ayrılır, 2x2 sm böyüklükdə tikələrə doğranır və xırda-xırda doğranmış soğan ilə hazır olunanadək qızardılır. Sümüklərdən bulyon hazırlanır və soyudulur.

Noxud əvvəlcədən bişirilir. Bir qazanda yumurta un və 2 xörək qaşığı su ilə bircinsli kütlə alınına kimi çalınır. Bunun üstünə qatıq və bişmiş noxud əlavə edilir. Göyərti yuyulur, qurudulur, xırda-xırda doğranır.

Qatıq yaxşı-yaxşı çalınır, ora süzgəcdən keçirilmiş bulyon (əgər sümüklərin üstündə ət varsa, onları da əlavə etmək olar) və qızardılmış ət əlavə edilib qaynara düşənə kimi bulaya-bulaya bişirilir. Qaynara düşəndən sonra göyərti əlavə edib 5-10 dəqiqə də odun üstündə saxlanılır və süfrəyə verilərkən yanında təzə göy soğan, çörək, təzə pendir qoyulur (zövqə görə duzlanır və istiotlanır).

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm