Tabloid.az
Mikrobların düşməni limon
Vətəni qədim Hindistan torpağı olan bu meyvəni əfsanəvi hindli yoqları sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə, hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Bəli, bu sarı, balaca və turş meyvə orqanizmi mikroblara qarşı qoruyur.
“Fitoterapiya və aromaterapiya” adlı kitabda limonun uçucu yağının, bütün infeksiyalarla mübarizə aparması üçün orqanizmin özünü müdafiə sistemini hərəkətə keçirdiyini yazılıb. Limon yağının, boğaz ağrıları, ağız yaraları, dəri problemində və diş əti xəstəliklərində ya da iltihabların müalicəsində antiseptik, mikrob və bakteriya öldürücü təsiri vardır. Bronxit, zökəm, soyuqdəymə və qripdən sağalmağa kömək edir. Ziyilləri herpes qabarcıqlarını yox edir. Qan dövranını yaxşılaşdırır. Yüksək təzyiq və varikozun müalicəsində kömək edir. Burun qanaması və balaca kəsiklərə qanaxmanı dayandırır. Yüksək temperaturu salır, sidikqovucu təsirə malikdir. Yağlı dərilərdə məsamələri sıxlaşdırır. Orqanizmdə turşuluğu azaltdığı üçün, revmatizma, artrit və həzmsizlikdə turşuluqdan qurtarma təsiri var. Hissi baxımdan canlandırıcı təsirə malik olan uçucu yağ, depressiyanı və qərarsızlığı ortadan qaldırır.
Səhər canlanmaq üçün vanna otağında istifadə olunur.
Dərinizi təmizləmək üçün istifadə etdiyiniz kosmetik vasitələrə bir neçə damla limon uçucu yağı əlavə edildikdə, xoş qoxu, bu məhsulları daha da təsirli hala gətirəcək.
Sağlam bir saç dərisi və parlaq, gözəl qoxulu saçlar üçün, saçlar yuyularkən, sonuncu dəfə yaxalandıqda suya bir neçə damla uçucu yağ əlavə edin.
Boğaz ağrıları üçün 2 damla səndəl ağacı uçucu yağı və 1-2 damla limon uçucu yağını ilıq suya qataraq qarqara edin.
Tənəffüs sistemi üzərində antiseptik və bakteriya öldürücü təsiri var. Bəlğəm gətiricidir. Damar və toxumaları sıxlaşdırdığı üçün sızanaqlarda və babasilin müalicəsində istifadə olunur. Sinir sistemində gülcü təsirə malikdir, tarazlayıcı xüsusiyyəti var. Yuxusuzluq və gərginliyin qarşısını alır, sakitləşdirir. Həssas dəri sahibləri seyrək istifadə etməlidir.
Vitamin mənbəyi olan bu meyvənin müsbət təsirləri Baltimorun Tibb Elmləri İnstitutunun alimləri tərəfindən araşdırdığı da məlumatda xüsusi qeyd olunur. Alimlər sübut ediblər ki, kimyəvi terapiya bədxassəli xərçəng hüceyrələrini məhv edir. Lakin limon onları məhv etməklə yanaşı, sağlam hüceyrələri qidalandırır.
Limonun qələvi elementlərlə olduqca zəngin olduğu, tərkibində 8% qədər üzvi turşuların, 3%-ə qədər şəkərin, azotlu maddələrin, mineral maddələrin vitaminlərin, fitosidlərin olduğu bildirilir. Bundan əlavə, limonun qabığı və yarpaqlarında efir yağlarıda var. Gün ərzində yaşanan stress halları, zərərli vərdişlər, yanlış bişirmə üsulları ilə hazırlanmış yeməklərdən istifadə etmək, bədəndəki sərbəst radikal səviyyəsinin yüksəlməsinə səbəb olur. Antioksidant xüsusiyyətli C vitamini qaynağı olan limon, bu səviyyənin yüksəlməsinə maneə törədən və bədəndəki sərbəst radikallardan uzaqlaşdıran əsas qidalardan biridir.
Limon həm də xarici müalicəvi vasitə kimi tanınır. Onun suya qatılmış şirəsi ağız və boğazın yaxalanması üçün istifadə olunur.
Burun qanaxmalarının qarşısını almaqda, dərinin göbələk və infeksion xəstəliklərin müalicəsində, kosmetikada – xalları və çilləri yox etməkdə yenə də limon öz möcüzəli xüsusiyyətlərini nümayiş etdirir.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi