Niyam özü axı kimdir?
Bizi izləyin

Tabloid.az

Niyam özü axı kimdir?

Verilişdə qonaq olan musiqiçi Hacı isə daha sərt çıxış edib.

Müğənni Niyam Səlaminin "Günəbaxan" verilişində səsləndirdiyi fikir etirazla qarşılanıb. İfaçının Azərbaycanda mənim qarşıma yaxşı musiqiçi çıxmadığından, mən aranjemanlarımı Türkiyədə etdirirəm sözləri skripka ifaçısı Səlim Abbasovun etirazına səbəb olub. Tabloid.az Abbasovun fikirlərini təqdim edir:

"Bu düzgün fikir deyil. Azərbaycanda saysız peşəkar musiqiçilər var. Ola bilər ki, müğənni istəyir hansısa musiqi alətini türkiyəlilər ifa etsin. Hər şey pulun üstündə durur. Səsin təmizlənməsi üçün Türkiyəyə getmək olar. Amma Azərbaycanda yaxşı musiqiçiyə rast gəlməmişəm fikrini söyləmək doğru deyil".

Verilişdə qonaq olan musiqiçi Hacı isə daha sərt çıxış edib.

"Axı Niyam özü kimdir? Onun neçə illik sənət təcrübəsi var ki, belə çıxış edir? Bu iddianı etmək üçün, o, gərək uzun illər sənətdə olsun və bütün musiqiçiləri tanısın. Bu, düzgün fikir deyil".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm