Pis xatirələri yaddaşdan silən ədviyyat
Bizi izləyin

Tabloid.az

Pis xatirələri yaddaşdan silən ədviyyat

Sarıkökün bir faydası daha məlum oldu

Bir-birlərini unutmaq üçün yaddaşlarını sildirən iki sevgilidən bəhs edən “Eternal Sunshine of the Spotless Mind” adlı filmdəki hadisələr reallaşa bilər. Üstəlik bunun üçün milyon dollarlar xərcləmək və ya bahalı əməliyyatlar keçirməyə ehtiyac yoxdur. Tabloid.az xəbər verir ki, pis xatirələrinizi mətbəxinizdə olan adi bir ədviyyatın sayəsində silə bilərsiniz. Söhbət sarıkökdən gedir.

ABŞ-ın Nyu York universitetinin tədqiqatçıları siçanlar üzərində araşdırmalar aparıblar. Nəticədə sarıkökün pis xatirələrin yaddaşdan silinməsinə səbəb olduğu ortaya çıxıb. Elm adamları əvvəlcə siçanları səsə məruz qoyaraq qorxudublar. Qorxan heyvanlar bir müddət yerlərindən tərpənməyiblər. Bir neçə saat sonra eyni siçanların bir neçəsinə sarıkök qatılmış yemək, digərlərinə isə normal qida yedizdiriblər. Daha sonra yenidən qorxulu səs effektini açıblar. Siçanlardan sarıköklü yemək yeyənlər qorxmayıblar. Digərləri isə yenidən qorxuya düşüblər. Alimlər bunu sarıkökün siçanlarda qorxuyla bağlı yaranmış pis xatirələri silməsilə əlaqələndiriblər.

Alimlər tədqiqatlara davam edəcəklərini bildirib. Onlar bu qənaətdədirlər ki, sarıkök sayəsində insanlarda qəza nəticəsində yaranan psixoloji problemləri aradan qaldırmaq mümkündür. Odur ki, sarıkökdən istifadə edərək dərmanlar hazırlamaq və yeni müalicə üsulları tətbiq etmək üzərində işləməyin əhəmiyyətli olacağını vurğulayıblar.

Mütəxəssislər hesab edir ki, depressiya, stress kimi problemlərdən əziyyət çəkənlər qida rasionuna sarıkökü əlavə edə bilər.

Qeyd edək ki, daha öncəki araşdırmalar sarıkökün tərkibində olan maddələrin alzeymerdən əziyyət çəkənlərin beyin fəaliyyətlərini gücləndirdiyini ortaya çıxarmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm