Astroloji proqnoz - 28 yanvar
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 28 yanvar

Astroloji proqnoz - 28 yanvar

QOÇ - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.

BUĞA - Nəhayət ki, ulduzlar bürcünüzə maliyyə səxavəti göstərməyə yaxın olacaq. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.

ƏKİZLƏR - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz, ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Səfərə çıxmayın.

XƏRÇƏNG - Düşərli bir gün yaşayacaqsınız. Özünüzü nikbin səviyyədə kökləyin. Çalışın ki, ətrafda hər şeyin gözəl olduğunu duyasınız. Bu gündən etibarən taleyinizdə dönüş yaranmalıdır.

ŞİR - Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.

QIZ - Daxili sabitliyinizi qorumaq istəyirsinizsə, keçmişdə olanları müzakirə etməyin. Onsuz da olmuşları düzəltmək mümkünsüzdür. Özünüzü sevgiyə həsr edin ki, xilas olasınız.

TƏRƏZİ - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.

ƏQRƏB - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.

OXATAN - Günün birinci yarısında müəyyən gərginliklə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın.

OĞLAQ - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.

SUTÖKƏN - Planetiniz olan Uran narahat kosmik bucağa düşdüyündən fəaliyyətinizin səmərə verməyəcəyini bəyan edir. Odur ki, daha çox istirahətə yer ayırmalı, xəstəliyə təslim olmamalısınız.

BALIQLAR - Ulduzların düzümü səhhətinizdə problemlər olacağını bəyan edir. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra büdcənizdə artım gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm