Tabloid.az
Vegeterian qidalanma haqqında bilinməyənlər
Tabloid.az-ın bu icmalında vegeterianların orqanizmini gücləndirən üsullar haqqında məlumat verəcəyik.
Ətdən imtina edən insanlar qidalanmaya daha çox fikir verməlidirlər. Çünki vegeterianlar qida ilə kifayət qədər dəmir qəbul etmirlər. Beləliklə, orqanizmin zəifləməsi nəticəsində xroniki yorğunluğun yaranması ehtimalı çoxalır. Ona görə də vegeterianların orqanizmi gücləndirmək üçün mütləq müəyyən bir menyu planı hazırlaması vacibdir.
Məlumdur ki, vegeterianların rasionunda ət, balıq və ev heyvanları kimi qidaların əvəzinə bitki mənşəli qidalar olur. Məsələn, tam taxıl məhsulları, tərəvəz, meyvə, paxla fəsiləsindən olan və yağlı toxumlardan ibarət ərzaqlar. Ancaq bütün vegeterianlar eyni qaydada qidalanmırlar. Vegeterian qidalanmanın də bəzi tipləri var. Bəzi insanlar bu məsələdə daha cəsarətli davranır, vitaminli qidalar yeyir, bəziləri isə balı belə yeməkdən imtina edirlər. Çünki balı heyvan mənşəli qida hesab edirlər.
Ovo vegeterian: Ət, balıq və ev heyvanları yemir, özlərinə təkcə yumurta yeməyə icazə verirlər.
Lakto ovo vegeterianlar: Yumurta və süd məhsulları yeyirlər, amma ət, balıq və digər ev heyvanlarının ətini yemirlər.
Lakto vegeterianlar: Ət, balıq, ev heyvanları və yumurta yemirlər. Heyvan mənşəli qidalardan ancaq yalnız süd içirlər.
Vegan: Yalnız bitkilərlə qidalanır. Heyvan mənşəli heç bir qida yemirlər. Veganlığa (qatı vegeterianlar) üstünlük verən şəxslərin B12 vitamini, D vitamini, kalsium, dəmir və sink kimi qida elementlərinin əskikliyindən əziyyət çəkməməsi üçün diqqətli davranmaları çox mühümdür.
Quru meyvələr: Balıq əvəzinə başda qoz olmaqla fındıq və badam, omeqa 3-lə zəngin olan quru meyvələrə üstünlük verin. Quru meyvələr və çərəzlər zülal və liflə çox zəngindir, odur ki, vegeterianların qidalanmasında əhəmiyyətli yerə malikdir. Salatlara da əlavə etmək olar, ancaq kalorisi yüksək olduğu üçün duzlu və ya şokolad ilə örtülmüş olanlarına üstünlük verilməməlidir.
Soya: Soya xüsusilə tərkibindəki isoflavonlar sayəsində bağırsaq, prostat və döş xərçənginin profilaktikası üçün əvəzsizdir. Soya əti və qiyməsi soya lobyasının tumundan hazırlanır. Bunun üçün tumun yağı alınır, yerdə qalan zülallı hissə bir sıra proseduralardan keçəndən sonra soya əti hazırlanır. Soya ətinin tərkibində xolesterin və doymuş yağlar yoxdur, yüksək keyfiyyətli zülal ehtiva edən bir qida hesab edilir. Soya ətindən kotlet, dolma, börək, piroq, tava kababından şorbaya qədər bir çox xörək hazırlamaq mümkündür.
Bulqur: Bulqur lif baxımından olduqca zəngindir, eyni zamanda qlisemik indeksi aşağı, zülal dəyəri isə yüksək olan qidadır. B1, B6 vitaminləri ilə zəngindir, kalium və dəmirdən ibarətdir. Quru paxla fəsiləsindən olan bitkilərlə birlikdə qəbul edildikdə zülal keyfiyyəti artır.
Badımcan: Əgər ət əvəzinə istifadə edə biləcəyiniz ləzzətli tərəvəz axtarırsınızsa, badımcanı mütləq yoxlamalısınız. Xüsusilə lazanya və makaronda ət dadını almaq üçün işinizə yarayacaq. Badımcan liflə, B vitamini və kaliumla zəngindir.
Tofu: Tofu zülalla zəngindir, eyni zamanda, əsl B vitamini və dəmir mənbəyidir. Hazırlanma prosesində kalsium duzu istifadə edilmişsə, mükəmməl kalsium mənbəyidir. Ümumiyyətlə, tofu nə qədər yumşaqdırsa, yağ nisbəti o qədər aşağıdır.
Göbələk: 100 qram göbələyin tərkibində təxminən 2-5 qram zülal, 4-6 qram karbohidrat və yalnız 0,3-1 qram yağ olur. Yerdə qalan hissəsi isə sudur. Selen, kalium, D vitamini və kaliumla zəngindir. Göbələk ət yeməyənlərin həyatını və sağlamlığını qoruyan əhəmiyyətli qidadır.
Quru paxla fəsiləsindən olan bitkilər: Yaşıl noxud, lobya, noxud və mərci və paxla qrupundan olan bitkilər zülal, folat, dəmir, maqnezium və kalium mənbələri ilə zəngin olduğu üçün ət əvəzinə istifadə edilən möcüzəli qidadır. 100 qramında təxminən 20-25 qram zülal, 5 qram lif, 2 qramdan daha az yağ var. Bununla yanaşı, xolesterini 0-dır. Taxıllarla birlikdə bişirilməsi zülal keyfiyyətini artırır. Bu, xüsusilə vegeterianlar üçün əhəmiyyətlidir.
Xumus: Xumus xüsusilə vegeterianlar üçün hazırlanan sendviç və burgerlərdə mayonez yerinə istifadə edilən qidadır. Mayonez yumurta ilə hazırlandığı üçün qatı vegeterianlar ondan imtina etmək məcburiyyətində qalırlar. Xumus isə krem quruluşu və ləzzətli dadı ilə mayonezə alternativ ola bilər. Xumus dəmir, C vitamini, zülal və lif mənbəyidir.
Tabloid.az
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı