Sevgilisindən ayrılanları ruhdan düşməyə qoymayan məsləhətlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Sevgilisindən ayrılanları ruhdan düşməyə qoymayan məsləhətlər - Fotolar

Sevgilisindən ayrılanları ruhdan düşməyə qoymayan məsləhətlər

Sevgi müqəddəs hissdir. Sevginin insana öyrətdiyi dərsləri heç nə ilə müqayisə etmək olmaz. Lakin bütün sevgilər sınaqlardan üzü ağ çıxa bilmir, vüsala çatmır...

Adət etdiyiniz, sevdiyiniz və həyatınıza daxil etdiyiniz birindən ayrılmaq, üstəlik, o, sizi tərk edibsə, uzaq qalmaq çox çətindir. Ancaq ayrılıqlar bizə həm də gözəl dərslər verir. İstəsək də, istəməsək də, daha əvvəlki kimi olmuruq. Ayrılıq ağrısı keçəndən sonra hiss etmədən dəyişdiyimizin, müdrikləşdiyimizin fərqinə varırıq. Bəs ayrılığın insana verdiyi dərslər hansılardır? Tabloid.az ayrılığın insana öyrətdiyi dərsləri təqdim edir:

1. Sevgi qarşılıqsız olmalıdır: Birinin sizi sevməsinə və ya aşiq olmasına onu məcbur edə bilməlisiniz. Eşq tamamilə qarşılıqsız verilən bir hədiyyədir.

Ayrılığın öğrettiği 7 ders

2. İnsanı dəyişdirmək mümkün deyil: İxtilafların ən çox rast gəlinən səbəblərindən biri də qarşınızdakını dəyişdirməyə çalışmaqdır. Bəlkə bir müddət dəyişdiyini zənn edə bilərsiniz. Ancaq bu “uğura” heç vaxt nail olmazsınız. İnsanlar bir vərdiş və ya xüsusiyyətini siz istədiyinizə görə deyil, yalnız öz istədiyi üçün dəyişdirir.

Ayrılığın öğrettiği 7 ders

3. Bütün məsuliyyəti tək bir tərəf qaldıra bilməz: Münasibətlərin sağlam addımlaması üçün hər iki tərəfin eyni yükü daşıması, mübarizə aparması lazımdır. Zəhmət çəkmədən pul qazana bilmədiyimiz kimi, mübarizə aparmadan heç kimin sevgisini qazanmaq mümkün deyil. Hər iki tərəf qərarlı və istəkli olmadıqca, o münasibət bitməyə məhkumdur.

Ayrılığın öğrettiği 7 ders

4. Özünüzü itirməyin: Münasibətə başlayandan sonra özünü tamamilə unudan, hər şeydə güzəştə gedən insanları hamımız tanıyırıq. Bəlkə siz də fədakar bir sevgilisiniz. Ancaq əlaqə bitdiyi zaman əlimizdə heç bir şey qalmadığını görmək çox dağıdıcı olacaq. Gözləntilərinizi və istəklərinizi güzəştə getməyin və özünüzü ondan asılı hala salmayın.

Ayrılığın öğrettiği 7 ders

5. Nə istəmədiyinizi öyrənirsiniz: Ayrılığın öyrətdiyi ən böyük dərslərdən biri də hər bitən münasibətin sizə nələr yaşatdığıdır. Bunun sayəsində sonrakı əlaqədə daha təcrübəli olacaq və nə istəmədiyinizi dəqiq biləcəksiniz.

Ayrılığın öğrettiği 7 ders

6. Ürəyinizin səsini dinləyin: Bəli, xanımlar, ürəyinizin söylədiklərini dinləməyi vərdiş halına gətirin. Kimsəyə, hətta özünüzə belə etiraf edə bilmədiyiniz şübhəli bir hiss sizi didib, bu münasibətdə səhv bir şey olduğunu pıçıldayırsa, münasibət uzun müddət davam etməyəcək. Sevginiz davam etsə belə, uğurlu alınmayacaq. Hisslərinizə güvənin və özünüzə inanın.

Ayrılığın öğrettiği 7 ders

7. Zaman hər şeyin dərmanıdır: Çox klassik fikirdir, elə deyilmi? Bəli. Lakin sevgi acısını zamanın sağaltdığı inkaredilməz faktdır. Zaman unudulmaz adlanan acıları da, ayrılıqları da bir-bir unutdurur. Onsuz yaşaya bilmərəm dediyiniz adamların sifətlərini, adlarını və qoxularını da bir müddət sonra unudursunuz. Buna görə də heç zaman “onsuz yaşaya bilmərəm” deməyin. Keçmiş sevgilinizin yadınıza düşməsi sizdə qıcıq doğursa, yeni münasibətə başlaya bilərsiniz. Həyatda qalma məqsədilə təchiz olunmuş insan ən çox çətinliyə dözür və alışır...

Ayrılığın öğrettiği 7 ders

tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm