Düşbərə - Resept
Bizi izləyin

Tabloid.az

Düşbərə - Resept

Tabloid.az düşbərənin reseptini təqdim edir:

Tabloid.az düşbərənin reseptini təqdim edir:

İnqrediyentlər:

Qoyun əti (mal əti və ya dana əti ) – 500 qram

Baş soğan – 2 baş

Quru nanə – 1 xörək qaşığı

Un

Duz, istiot – zövqə görə

Hazırlanması:

Bərk xəmir yoğrulur.

Ət soğanla birlikdə maşından keçirilir, zövqə görə duzlanır, yaxşı-yaxşı qarışdırılır, xəmir nazik yayılır və 2x2 yaxud 2,5x2,5 sm kvadratlara kəsilir. Hər kvadratın üstünə qiymə qoyulur. Sonra kvadratlar əvvəl üçbucaq şəklində bağlanır, sonra da üçbucağın küncləri bir-birinə birləşdirilir.

2 litr su qaynadılır, duzlanır, bütün düşbərələr qaynar suya tökülür və onlar üzə çıxan kimi qazan oddan götürülür. Süfrəyə verərkən, üstünə quru nanə və sarımsaqlı-sirkə tökülür.

Bu xörəyi əvvəlcədən hazırlanmış ət və ya toyuq bulyonunda da bişirmək olar. Bir qaşığa orta hesabla 5-8 düşbərə yerləşməlidir, lakin Abşeronun kəndlərində elə usta xanımlar var ki, onların hazırladığı düşbərələr çox kiçik olduğundan hər qaşığa hətta 20 düşbərə də yerləşə bilər!

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm